Selfinin birbaşa olaraq həyati təhlükə daşıdığını söyləyə bilmərik. Ancaq təhlükəli yerlərdə selfi çəkmək həyatımızı itirməyimizlə nəticələnə bilər. Selfiyə görə ölən insanların acı taleyi...

1. Öküz həvəsi ölümünə səbəb oldu


İspaniyada öküz yarışları ənənə halını alıb. Bu oyun zamanı insanlar yaralana və ölə bilərlər. Sağ qalanların isə yaddaqalan hekayələri olur. Selfi çəkmək üçün öküzlərin arasına girib ölənlər çoxdur. 2015-ci ildə İspanıyanın Pamplona şəhərində 32 yaşlı Davip Lopez iki öküzün arasına girib selfi çəkmək istəyir. Bu, onun ölümüylə nəticələnir.

2. Maşında selfi çəkərkən qəzaya düşdü


2014-cü ildə Şimali Karolinada Kurtni Stenford adlı şəxs avtomobilində selfi çəkərkən qəzaya düşür. Avtomobil əvvəlcə yük maşınına, sonra isə yol kənarındakı ağaca çırpılır. Kurtni həyatını itirir. Ölümündən əvvəl o, "Xoşbəxt" adlı mahnıya qulaq asırmış. Bəzən arzularımız geri dönüşü olmayan nəticələr yaradır.

3. Cabo da Rocada selfi çəkərkən yıxıldı


Cabo da Roca Avropanın ən qərb nöqtəsi olan və köhnə qitənin Atlantik okeanın fırtınalı sularıyla qarşılaşdığı ekzotik yerdir. Bura gələnlər selfi çəkməyi sevirlər. Ancaq bu zaman təhlükədə olmadığınızı dəqiqləşdirməlisiniz. Polşalı macəra həvəskarları yüzlərlə metr yüksəklikdən yıxılıb faciəvi şəkildə ölüblər.

4. Selfi çəkdirdikləri təyyarə raketlə vuruldu


Oğlan və anasının çəkdirdiyi bu fotonu yəqin ki görmüsünüz. Lakin bu şəkillə bağlı acı reallıq var. Kuala-Lumpura istirahətə gedən ana və oğlu Ukraynadan keçərkən olduqları təyyarə raketlə vurulur. Bu şəkil dərhal internetə yüklənib. Çox acınacaqlı mənzərədir...

5. Morjla selfi çəkmək istədi


Çinli iş adamı sevdiyi heyvanla şəkil çəkdirmək istəyir. Təhlükəsizlik qaydalarına riayət etmədən 1.5 tonluq morjun olduğu hovuza girir. Morj ona hücum edərək suyun dibinə çəkir. Nəticədə, o, ölür.

6. Qumbaranın pimini çəkib selfi çəkmək istəyərkən qumbara partladı


Ural dağlarında xidmət edən 2 rus əsgər qumbaranın pimini çəkib selfi çəkmək istəyir. Bu zaman faciə baş verir. Qumbara partlayır və əsgərlər ölürlər.

7. Selfi çəkərkən üzərinə ildırım düşdü


Göy quruldayarkən selfi çəkmək istəyən bir ingilisin üzərinə ildırım düşür və o, ölür. Onun telefonu da özü kimi məhv olur.

8. Elektrik naqillərinə toxunub öldü


Rumıniyalı 18 yaşlı Ana Ursu qatarların necə işlədiyini bilmirdi. Platformadakı naqillərə toxunarkən onu cərəyan vurur. Nəticədə, o, ağır xəsarət alır və xəstəxanada ölür.

9. Partini məhv edən selfi


Subaylığa vəda partisinin gəlin namizədi və rəfiqələri əylənmək üçün yola çıxırlar. Onlar selfi çəkərkən avtomobil qəzaya düşür və onlar ölürlər.

10. Binaların damında şəkil çəkdirən


17 yaşlı gənc bir il ərzində özünə ip bağlayaraq binalardan enməyə çalışıb. Bir gün ip qırılır, o, aşağı düşür və ölür.

11. Muğlada selfi çəkərkən yıxıldı


Fethiyedə hamilə qadın məşhur Kelebeklər Vadisində şəkil çəkdirərkən müvazinətini itirib yıxılır. 300 metr yüksəklikdən qayalığa düşən qadın faciəvi şəkildə ölür. Bu, onun son fotosu olur.