Son dövlər aspirin maskası ilə dəriyə qulluq geniş vüsət alıb. Bəs niyə bu maskadan istifadə olunur? Nələrə faydalıdır? Bütün bunları məqaləmizdə cavablandırmışıq.

Aspirindəki aktiv komponent dəridə eksfolian təsiri yaradan bir növ salisilik turşu formasıdır. Bu, dəridəki qara nöqtələrdən qurtulmağa kömək edir. Lakin aşırı istifadə dərinin qurumasına səbəb ola bilər. Aspirin maskası hazırladıqda dəriyə yan təsirlər göstərməməsi üçün maskaya arqan və ya jojoba yağı əlavə edə bilərsiniz.


Aspirin maskası hazırlamaq üçün su və bal lazımdır. Basl, təbii nəmləndirici, antiseptik və antimikrobial xüsusiyyətlərə qarşı olan məhsuldur. Maskaya bal əlavə etmək bakteriyaları aradan qaldırmaqda mühüm rol oynayır. Buna görə dərinin istənilən yerinə qoyulan bal həmin bölgənin infeksiyalaşmasına mane olur.

Aspirin maskası necə hazırlanır?

İnqridiyentlər

3-4 ədəd aspirin
1-2 çay qaşığı su
Normal və quru dərilər üçün 1-2 çay qaşığı bal

Maskanın hazırlanma qaydası

İki ədəd kasaya ehtiyacınız var. Əvvəlcə kiçik bir kasaya isti su tökün. Digər kasanı isti suyla dolu kasaya salıb ilıqlandırın. Boş kasaya bir çay qaşığı bal və yarım çay qaşığı su və ya istifadə edəcəyiniz yağı tökün. 3-4 aspirin əzin. Əzilmiş aspirinləri qarışığa əlavə edin.

Maskanın isti olmamasına diqqət edin ki, üzünüzü yandırmasın. Barmaq ucları ilə maskanı dərinizin müvafiq yerlərinə sürtün. Üzünüzün hər tərəfinə çəkməyə ehtiyac yoxdur. 10 dəqiqə maskanın qurumasını gözləyin və axırda üzünüzü ilıq su ilə yuyun və qurulayın.

Bu maskanı həftədə bir-iki dəfə istifadə edə bilərsiniz.


Aspirin maskası tətbiq etmədən əvvəl və sonra nələrə diqqət edilməlidir?

Aspirinin tərkibində maddələrə və ya salisilik turşuya allergiyanız varsa, hamiləsinizsə, süd verirsinizsə, bu maskadan istifadə etməyin.

Son 4 gün ərzində üzünüzün salisilik turşu, qlikolik və digər oxşar məhsullar tətbiq etdiyiniz bölgələrinə çəkməyin.

Ən yaxşısı, dermatoloqa müraciət edib, lazımi məsləhətləri alaraq bu maskadan istifadə etməkdir.