Dünyada yüz minlərlə insan solaxaydır. Solaxaylarla bağlı qeyri-adi xüsusiyyətləri təqdim edirik.

1. Əlavə dəyər


İnk sivilizasiyasında solaxay insanlara İloq deyilirdi. Bu, əlavə dəyər deməkdir.

2. Əşyalar əsasən sağ əl üçün nəzərdə tutulub


Buna nümunə kimi qayçını qeyd etmək olar. Qayçılar sağ əl üçün hazırlanır. Sol əl üçün qayçı tapmaq çox çətindir. Sağ əl üçün nəzərdə tutulmuş qayçını sol əllə istifadə etdikdə əlavə çətinlik yaranır.

3. Əl qabiliyyətləri yüksəkdir


Əl qabiliyyətlərinə ehtiyac olan işlərdə solaxaylar daha uğurludur. Hətta buraya qayçı işlətməyi də əlavə etmək mümkündür. Bovlinqdə sağ tərəfə keçib atış reallaşdırmaq daha sürətli və asan olur. Buna görə solaxaylar bu mövzuda üstünlüyə malik olur.

4. Öz günləri var


25 il əvvəl ABŞ-da solaxaylar arasında birliyin artmasını təmin etmək məqsədi ilə "Left Handers Day" adı ilə qeyd olunan Dünya Solaxaylar Günü təsis olundu və hər il 13 avqust tarixində keçirilir.

5. Yaxşı avtomobil idarə edirlər


Automobile Association Developments-in araşdırmasına görə, sürücülük vəsiqəsi imtahanlarında solaxaylar daha yaxşı nəticə əldə edirlər. Onların qəza törətmək faizləri də aşağıdır.

6. Sol əli istifadə etməyin mənfi tərəfləri


Solaxaylarda alkoqolizm, narkotikə meyllilik daha çox nəzərə çarpır. Şizofreniya, bipolyar pozğunluq kimi xəstəliklər üçün də risk daşıyırlar. Qarındeşən Jack, Usama bin Laden və Boston bombaçısı da solaxay olub.

7. Solaxaylara sosial ayrıseçkilik


Müxtəlif cəmiyyətlərdə solaxaylıq ayrı-ayrı mənalara yozulur. Qədimdə bəzi mədəniyyətlərdə solaxaylığın pisliklə bağlı olduğu düşünülüb və şeytanın rəmzi olaraq görülüb.

8. Solaxaylar daha ağıllıdır


Dünya əhalisinin təxminən 10 %-i solaxaydır. Yüksək zəkalılar klubu olan MENSA üzvlərinin 20 %-i solaxaydır.

9. Məlumatları sürətlə işlədirlər


Solaxaylar beyinlərinin hər iki lobunu sürətli şəkildə işlədirlər. Məlumatı daha sürətlə alır və tətbiq edirlər.

10. Daha tez sağalırlar


Solaxay olmayanlara görə dizayn edilmiş dünyada yaşayan solaxaylar davamlı olaraq beyinlərini işlədirlər. Onlar xəstəliklərdən daha tez sağalırlar.

Solaxaylarla bağlı qeyri-adi nəticələr

Solaxaylar əllərini daha işlək hala gətirmək üçün bacarıqlarını inkişaf etdirir və bunun sayəsində sənət və idman sahələində daha uğurlu olurlar. Lakin araşdırmalarla müəyyən olub ki, solaxayların ömrü daha qısa olur. Sol əlindən istifadə etmək həmçinin pataloji bir xəstəlik hesab olunur. Çünki bəzi insanlar ana bətnində beyində yaranan zərər nəticəsində solaxay olurlar. Solaxayların xəstə olmaq riski solaxay olmayanlarla müqayisədə daha yüksəkdir.

Solaxayların qısa ömürlü olmasının səbəbləri

Texnoloji alətlər sağ əlindən istifadə edənlər üçün nəzərdə tutulub. Buna görəyaralanma və qəza keçirmə riskləri solaxaylarda daha çoxdur. Solaxaylar daha tez əsəbiləşir, autizm, şizofreniya kimi nevroloji xəstəliklərə daha çox tutulurlar.