Həmişə eyni üslubda geyinməkdən yoruldunuzsa, bəzi dəyişikliklərlə üslubunuza rəng qata bilərsiniz.

Geyiminizə rəng qatacaq 6 elementi təqdim edirik:

1. Aksesuar


Geyiminizə dəyişiklik qatacaq ən önəmli element aksesuardır. Aksesuar libası tamami ilə dəyişə bilir. Məsələn, böyük sırğalarla və şux bir boyunbağı ilə olduqca cazibədar görünmək olar.

2. Bir çox rəngi birlikdə istifadə etmək


Hər zaman istifadə etdiyiniz rəngləri daha fərqli rənglərlə dəyişərək yeni tərz yarada bilərsiniz. Məsələn, qara şalvarınızı boz kofta ilə deyil, daha canlı və rəngarəng köynəklərlə əvəz edə bilərsiniz.

3. Ötən illərdən qalan paltarlar


Son zamanlar moda dünyasında keçmişin stilləri geri dönür. Siz də tərzinizə yenilik qatmaq üçün bu üsuldan istifadə edə bilərsiniz. Bunun üçün qələm ətəyinizi sadə bir köynəklə və ya toxunma jaketi cins şalvarla kombinə edərək öz stilinizi yaradın.

4. Borc götürmək


Şkafınızı tamamilə yeniləmək sizə çox baha başa gələ bilər. Buna görə, gündəlik tərzinizdə fərq yaratmaq üçün dostlarınıza müraciət edib müvəqqəti geyim ala bilərsiz.

5. İkinci əl mağazalar


Paltarları borc almaqdan narahat olsanız, ikinci əl mağazalara müraciət etmək daha uyğun olar. Ucuz qiymətə satılan ikinci əl geyimləri sözügedən mağazalardan əldə etmək mümkündür.

6. Üslubunuzu sadələşdirin


Üslubunuz çox qarışıqdırsa, daha sadə geyimlərə üstünlük verin. Keta, cins şalvar və sadə köynək ilə daha gözəl görünmək olar.