Texnologiya və elmin sərhədlərini aşan və dövrümüzün ən önəmli texnologiyalarından biri olan süni intellekt texnologiyası insanların diqqətini cəlb edir. İnsanların əksəriyyəti süni intellektin həyatımızı asanlaşdıracağına inansa da, bu texnologiyanın insanlığa böyü zərər verəcəyini düşünənlər də var. Süni zəkanın insanlığın məhvinə səbəb olacağını bildirən məhşur alim Stephan Hawking dünyanın gec-tez süni intellektin nəzarətinə keçəcəyini iddia edib.

Süni intellekt nədir?



Süni intellekt, bir avadanlığın və ya kompüter proqramının ağıllı canlılar kimi düşünüb, hərəkət etmək texnologiyası adlandırılır. Süni intellekt texnologiyası insanlara xas olan məlumat, mühakimə, öyrənmə və nəsnələri idarət etmə kimi bacarıqların cihazlara ötürülməsini əsas məqsəd hesab edir. Bu sahədəki texnoloji nailiyyətlər süni intellekt mühəndisliyi peşəsini ortaya çıxarıb.

Süni intellektin tarixi

Süni intellekt texnologiyası 70 illik tarixə malikdir. Alan Mathinson Turingin 1943-cü ildə ortaya qoyduğu "maşınlar düşünə bilərmi?" sualı ilə süni intellekt müzakirələri başlayıb. II Dünya müharibəsi zamanı istehsal edilən elektromexanika cihazları kompüter elmini və süni intellekt texnologiyasını ortaya çıxarıb.

Süni intellekt adı haradan gəlir?

Mc Carthy Minsky, Shannon və Rochester tərəfindən 1956-cı ildə həyata keçirilən çalışmalar zamanı "süni intellekt" adı ortaya atılıb. Bu adın müəllifi isə Mc Carthydir.

Süni intellekt necə hazırlanır?


Süni intellekt, kompüter mütəxəssisləri və süni intellekt mühəndisləri tərəfindən aparılan çalışmalarla istehsal olunur. Çalışmalar ehtiyac duyulan sahə və mövzuya görə istiqamət alır. Süni intellektin layihələndirilməsi üçün ortada bir problem və ya həyatı asanlaşdıracaq bir tələb olmalıdır. Məqsəd istehsal edilən süni intellektin verilən suallara əhatəli cavab verə bilməsi və həll yolu, iş, məhsul istehsal etməsidir. Süni intellektlər fərqli xidmətlər üçün hazırlansa da, əsas hazırlanma mərhələsində izlənilməsi lazım olan pillələr var. Bunlar məlumat, səbəbləndirmə, problemi həll etmə, öyrənmə və planlama pillələridir.

Süni intellekt hansı sahələrdə istifadə olunur?


İnkişaf edən texnologiya ilə birlikdə süni intellektlər həyatımızın bir parçası olmağa başladı. Gündəlik həyatda davamlı olaraq süni intellekt texnologiyasından faydalansaq da, çox vaxt bunun fərqində olmuruq. Süni intellektdən ən çox aşağıdakı sahələrdə istifadə olunur.

Oyunlar: Kompüter və digər konsol oyunlarında qarşılaşdığımız "bot"lar tamamən süni intellekt məhsuludur. Məsələn, kompüterdə futbol oyunu oynayarkən rəqibinizin kompüterin özü olması süni intellektdən xəbər verir.

Virtual köməkçilər: Apple-ın istifadə etdiyi Siri, Microsoft-un istifadə etdiyi Cortana və Google-un istifadə etdiyi Now kimi fərdi köməkçi tətbiqləri süni intellektə sahib virtual köməkçilərdir.

Satınalma proqnozçuları: Googe AdSense və Amazon kimi şirkətlərin istifadə etdikləri süni intellekt sayəsində kompüter istifadəçilərinin daha əvvəl etdiyi axtarışlar incələnərək doğru satış təklifləri verilir.

Ağıllı maşınlar: Son illər Google və Tesla-nın rəhbərliyi ilə bazara çıxarılan sürücüsüz nəqliyyat vasitələri süni intellekt texnologiyasının məhsuludur.

Söhbət və dəstək botları: İnsanların suallarına günün hər anında cavab verən səsli cavab sistemləri də süni intellekt məhsullarından biridir.

Musiqi və seyr təklifi robotları: Spotify və YouTube kimi tətbiqlər istifadəçilərin dinlədiyi və ya izlədiyi materiallara bənzər mahnıları, videoları onlara təklif edir.

Gələcəkdə süni intellekt çalışmaları necə davam etdiriləcək?

Elmi-fantastik filmlərində tez-tez rastlaşdığımız senarilərdən biri olan robotların dünyanı ələ keçirmək istəyi həqiqətə çevrilə bilərmi? Belə vəziyyəti təkcə filmlərdə görə bilərik. Davamlı olaraq inkişaf edən süni intellekt texnologiyası gələcəkdə insanların hazırda gördüyü hər işi görəcək səviyyəyə çata bilər. Bu texnologiyadan doğru şəkildə istifadə etmək insanlığın zərərinə yox, xeyrinə olar.