İnsan yüz illərdir elmlə gərgin məşğul olur. Bəzən elə olur ki, elmə hədsiz aludəçilik beyində problem yaradır. Tarixdə iz qoymuş elm adamlarını təqdim edirik.

Məşhur elm adamları möhtəşəm, qüsursuz görünə bilər, lakin adi insanlardan tək fərqləri dahi olmaları deyil. Bu məqaləmizdə belə alimlərin qeyri-adi tərəflərini, hekayələrini təqdim edəcəyik.

1. Barry Marshall


Xora olacağını sübut etmək üçün bakteriya içdi. Barry James Marshall (30 sentyabr 1951 -ci il təvəllüdlü) Avstraliyalı həkimdir. 2005 -ci ildə Fiziologiya və Tibb üzrə Nobel mükafatçısıdır. Qərbi Avstraliya Universitetində Klinik Mikrobiologiya professoru.
Avstraliyalı həkim Berri Marşal hamıdan fərqli olaraq bakteriyanın mədədə yaşaya biləcəyini düşünürdü. Xora bakteriyalardan yaranan xəstəlikdir. Məlumatlarını insanlarla bölüşmək istəsə də, bəzi dairələr ona mane olurdu. Marşal bakteriyanı udaraq bunu əyani şəkildə göstərdi. Bir müddət sonra mədəsində iltihab yarandı. Antibiotiklərin köməyilə bakteriyalardan xilas oldu. Nobel mükaatına layiq görüldü.

2. Werner Forssmann


Ürək əməliyyatının mümkün olmadığı bir dövrdə Forssmann xəstənin damarlarından bir kanal balonu keçirərək ürəyinə müdaxilə oluna biləcəyini söylədi. Həmkarları bu fikrin ölümcül təsir yaradacağını bildirərək ona qarşı çıxdılar. Forssmann bunu sübut etmək üçün ürəyinə kanal balonu yerləşdirdi. Qolunda yarıq açdı, kanalı damarı ilə ürəyinə doğru itələdi. Qəlbinə yaxınlaşanda da nəfəs alırdı. X-ray cihazı ilə ürəyinə müdaxilə etdiyini həmkarlarına göstərdi. Bir il sonra nobel mükafatı aldı.

3. Stubbins Ffirth


Malyariyanın yoluxucu olmadığını göstərmək üçün gözlərini malyariya mikrobu ilə ovuşdurdu.

Tələbə Ffirz malyariya xəstəliyinin yoluxucu olmadığını sübut etmək istəyirdi. 1793-cü ildə baş verən sarı qızdırma epidemiyası buna təsir etdi. Ölü bir malyariya xəstəsinin açıq yarasından bir nümunə götürüb gözlərinə sürtdü. Bu ona təsir etmədi. Qan və sidik nümunələrini sınamasına baxmayaraq heç bir dəyişiklik olmadı. O, niyə yoluxmamışdı? Bəzi mütəxəssislər ölən xəstədən götürülən nümunələrin xəstəliyin son mərhələsində olduğu üçün Ffirzə keçmədiyini bildirir. Əsində, o, şanslı idi. Xəstəliyə yoluxmamışdı.

4. Thor Heyerdahl


Ona Norveçin İndiana Consu demək olar.
Heyerdal coğrafiya, botanika və biologiya sahəsində təhsil almış macərapərəst idi. Arxeoloji teoremləri sübut etmək üçün səyahətləredirdi. Bir gün əldəqayırma qayıqla Sakit okeana çıxdı. O, belə qayıqlarla qədim insanların ticarət etdiyini düşünürdü. Thor 1947-ci ildə 101 gün ərzində 4300 mil məsafə qət edərək teoremini sübut etdi.

Hələ Oslo Universitetində oxuyarkən zoologiyanı öyrənmək üçün Cənubi Sakit okeandakı Marquesas Adalarına getdi. Burada Polineziyalıların dastanlarını, onların dilini və daş üzərində işləmə üsullarını öyrəndi. Adalara ilk insanların İnk dövründən əvvəl dəniz yolu ilə Perudan gəlmiş ola biləcəyi qənaətinə gəldi və dəniz səyahətinin qədim insanların köçlərində əhəmiyyətli rol oynadığı nəzəriyyəsini qurdu.

5. Tycho Brahe


Riyazi iddiada burnunu itirdi.
Danimarkalı Tiço Braxe riyaziyyatla bağlı mərc etməyi sevirdi. 1566-cı ildə şam yeməyində bu müzakirələrin birində o, riyazi bir düstur üzərində mübahisə edirdi. Qonaqlarından biri ona qarşı çıxaraq fikirlərinin doğru olmadığını bildirdi. Braxe əsəbiləşdi və onu qılınc duelinə dəvət etdi. O, duel zamanı burnunun bir hissəsini itirdi. Yenə də mübarizə apardı, hərgah məğlub oldu...

6. August Bier


Köməkçisini döyərək anesteziyanı test etdi.
Alman həkim Auqust Biyer 1898-ci ildə yeni bir anesteziya metodu inkişaf etdirmək istədi. Nəzəriyyəsində xəstələri sinənin aşağısını keyitmək məqsədilə onurğa anesteziya texnikasını tətbiq etdi. Bunu isə köməkçisinin üzərində sınaqdan keçirdi. Köməkçisinin ayağını keyidən Biyer onu döyməyə başladı. Ayaqlarında siqaret söndürdü. Köməkçi isə heç bir ağrı hiss etmədi. Nəticə uğurlu alındı. Anesteziya işə yaradı. Təcrübədən sonra köməkçisi işdən çıxdı, ancaq Biyer məşhurluq qazandı.

7. Sir Henry Head


Əsəblərini əməliyyat yolu ilə çıxararaq ağrı üzərində işləyib.
İngilis nevroloq Henri Hed ağrının necə işlədiyini düşünürdü. Sinir zədələnməsinə vaxt sərf edir və xəstələrin nə hiss etdiyini tam olaraq anlamağa çalışırdı. Ağlına öz üzərində təcrübə aparmaq gəldi. Cərrah dostlarından birini çağıraraq radikal sinirlərinin bir qismini çıxartdırdı. Motor funksiyaları zədələndi, lakin təcrübələrə davam etdi. Hiss etdiyi ağrını tam təsvir etdi və Nobel mükafatı aldı.

8. George Stratton


Amerikalı psixoloq Corc Stretton 1890-cı ildə duyğusal qavrayış təcrübəsi apardı. Beynin balanssızlığını görüb düzəldəcəyinə əmin idi. Bu nəzəriyyəni öz üzərində sınamaq istədi. O, geriləmiş bir dünyada yaşamağa başladı və dördüncü günün tamamında əqli xəstə oldu. Beşinci gün hər şey tədricən dəqiq olmağa başladı. Səkkizinci gün görüntülər tam olaraq normallaşdı və dünya onun üçün asanlaşdı. Nəhayət, eynəyi çıxardıqda sağ tərəfi ona bükülmüş göründü. Təzyiqlərlə beynin hislərinin və işləməsinin dəyişməsinin mümkün olduğunu sübut etdi.

9. Elsie Widdowson


Müharibə zamanı dieta saxlayaraq ac qaldı.
İkinci Dünya Müharibəsi zamanı az qidalanmadan ötrü insanlar ac qalırdı. Kimyaçı Elsi Viddovson bir insanın yaşaması üçün lazım olan maksimum dieta tətbiqini istifadə etdi. Çözüm tapa bilməyəndə yeməkdən vaz keçdi. Xüsusilə, minimum miqdarda kələm, çörək və kartof yeyərək bir neçə ay yaşadı. Hər gün yürüş etdi, dağa dırmandı. Onun uğurlu dietalarını müharibə zamanı insanlar istifadə etdilər.

10. Kevin Warwick


Warwick, öz sahəsində çığır açan bir iş gördü və çoxsaylı akademik mükafatlar və fəxri adlar aldı. Warwick, 600-dən çox elmi əsərin müəllifi və həmmüəllifidir və 27 kitabın müəllifidir. Özünü kiborq prototipi kimi istiadə etdi.
İngilis alimi və kibernetika professoru Kevin Varvik robotları çox sevir. Özünü robot kimi hiss etmək və onun kimi davranmaq üçün etdiyi araşdırmalarla dünyanın ilk kiborqu olub. 1998-ci ildə qoluna bir çip yerləşdirdi. Çip işıqları söndürür, kompüterlərlə əlaqə qurur və elektrik qapılarını açırdı. 2002-ci ildə isə tamamən robota çevrildi. Elektronikadan istifadə edərək, cəsarətlə sinir sisteminə birləşdirilmiş hissələri əməliyyatla daxil etdi. Nəzəriyyəsi üçün özünə hər şey edən Varvik etdiklərinin riskli olduğunu xəbərdar edir.