Meduza sancmaları böyük təhlükələrə səbəb ola bilər. Onları öz zəhərləri ilə toxunduqları canlını iflic edə bilərlər. Çoxlu növü olan meduzalardan bəzilərinin zəhəri olduqca güclüdür. Bəzi meduzalar isə sancmaları ilə qaşıntıya və yanmğa səbəb olurlar. Meduzalarla bağlı məlumatları təqdim edirik.

1. Meduzalar təxminən 650 milyon il əvvəl yaranıb və okeanlara yayılıblar. Bəziləri isə şirin sularda olur.


2. Meduzalar regenerasiya (yenilənmə) yolu ilə artıb özlərini klonlaşdıra bilərlər.


3. Meduzaların beyin, ürək, ayaq, sümük kimi orqanları yoxdur


4. Meduzalar günəşdə buxarlanır. 98 % sudan ibarət olduqları üçün quruya çıxdıqda günəşin təsiri ilə buxarlanırlar.


5. Meduzalara okeanın 9 km dərinliyində də rast gəlmək mümkündür.


6. Ən kiçik meduza sürünən meduzadır və ölçüsü 0,5 millimetrdir.


7. Meduzalar "beyinsiz" olsalar da, işığı hiss edirlər. Bunun səbəbi onların sahib olduğu hüceyrələrin xüsusiyyətidir.


8. Meduzaların bəzi növləri işıq saçaraq düşmələrini aldadır, bəziləri isə özlərini qorumaq üçün işıq saçmaq xüsusiyyətlərindən istifadə edirlər.


9. Meduzalar ölü halda da sanca bilərlər. Bunun səbəbi onların sancmasının refleks olmasıdır. Üzərlərində milyonlarla sancma hüceyrəsi olan zəhərli içlar var.


10. Stygiomedusa gigantea adlandırılan nəhəng meduza son 110 ildə cəmi 17 dəfə görülüb. Onun ağırlığı 90 kq, qolları isə 10-12 metrdir.