Münasibətlərin davamsız olduğu dövrdə yaşayırıq. Sevgililər gözlənilmədən bir-birilərini tərk edirlər. Bəs bunun səbəbləri nələrdir?

Bəzi münasibətlər uğurla davam etsə də qəflətən sona çatır. Bunun fərqli səbəbləri ola bilər. Sizin üçün tərk edilməyin səbəbləri hansılardır? Tərk edilən qadın nə etməlidir? Tərk edilmək qorxusunun əlamətləri hansılardır? Tərk edilmə sindromu... Belə başlıqları araşdırmışıq. Nəticəni təqdim edirik.

1. Münasibətiniz cinsi həyat üzərində qurula bilər

Hər əlaqə evlilik üzərində qurulmaya bilər. Sonsuz bir münasibət xəyalı qurarkən partnyorunuz bu bərabərliyi sadəcə cinsi əlaqə üçün davam etdirə bilər. Bu durumda tərk edilmək qaçılmazdır. Bir gün əlaqələr kəsiləcək.


2. Yaş fərqi

Cütlüklərin arasındakı yaş fərqi və həyata baxış bucaqları vacib məqamlardır. Bir tərəf ciddi münasibət istəyir, digər tərəf isə evlənməyi düşünmür. Belə əlaqə tezliklə pozulur.


3. Tələskən davranmaq

Aşırı dərəcədə tələskənlik partnyorunuzu bezdirə bilər. Sizi tanımağa çalışan adamı qısa müddətdə nişanlanma, evlilik kimi durumlara məcbur etmək onu sizdən qopara bilər.


4. İnam duyğusunun zədələnməsi

Əlaqələrin kökündə inam dayanır. Əgər bir dəfə zədələnsə, yenidən bərpası demək olar ki, mümkünsüzdür. Bu zaman cütlüklərin ayrılması daha məqsədəuyğundur.


5. Əlaqədə qərarsız olmaq

Duyğuların naməlumluğu ayrılığa səbəb ola bilər. Sevgiliniz ona olan duyğularınızı bilmək və hiss etmək istəyər. Əgər hiss etməkdə çatinlik çəkirsə, bu münasibət çox da uzun sürməyəcək.

Münasibətlər haqqında digər məqaləmiz: