Titanik 2 aprel 1912-ci il tarixində "White Star Line" şirkəti tərəfindən İrlandiyada tam olaraq hazırlanıb. 2435 sərnişin tutumu və 269 metr uzunluğu olan gəmi 10 aprel 1912-ci ilə İngiltərənin Sauthempton limanından Nyu-Yorka istiqamət götürüb və səfərin beşinci günündə aysberqlə toqquşaraq batıb. Titanikin qəzaya uğraması nəticəsində 1514 nəfər həlak olub. Titaniklə bağlı maraqlı məlumatları diqqətinizə çatdırırıq.

1. My heart will go on


"Titanic" filmində baş rolda oynayan Kate Winslet filmin musiqisi olan "My heart will go on" mahnısını sevmədiyini söyləyib.

2. Yapon sərnişin


Qəzada sağ qalan yapon sərnişin öz ölkəsində qorxaq elan edilib.

3. İlk və yeganə


Titanik aysberqlə toqquşaraq batan ilk və yeganə sərnişin gəmisidir.

4. Aysberq


Titanikin çırpıldığı aysberqin yaranmasının tarixi e. ə. 1000-ci ilə gedib çıxır.

5. Bilet ləğvi


Həmin dövrdə kifayət qədər məşhur olan Chocolate Mangate və Milton Hershey işlərinin olması ilə əlaqədar biletlərini ləğv ediblər.

6. Qəza olmaya bilərdi


Günümüzdə aparılan araşdırmalara görə, aysberq görüldükdən sonra manevr ərmək qərarı 30 saniyə daha tez verilsəydi, bu qəza baş verməyə bilərdi.

7. Xilasedici qayıqlar


Xilasedici qayıqların əksəriyyəti yarıdolu şəkildə suya endirildiyi üçün ölənlərin sayı çox olub.

8. Baş aşpaz


Gəminin baş aşpazı alkoqol qəbul edərək bədən müqavimətini qoruyub və 2 saatdan artıq buzlu suda qalmasına baxmayaraq sağ qalmağı bacarıb.

9. Xərclənən pul


"Titanic" filmi üçün xərclənən vəsait Titanik gəmisi üçün ayrılan büdcədən daha artıqdır.

10. Musiqi


Musiqiçilər gəmi batana qədər dayanmadan ifa ediblər və onlardan heç biri xilas olmayıb.