Münasibətlərdə xoş niyyət, birlikdəlik olsa da, sonluq həmişə yaxşı olmur. Uzun müddətli münasibətlərin bitmə səbəblərini araşdırmışıq.

Uzunmüddətli münasibətlərin sona çatmasının səbəbləri müxtəlif ola bilər və hər bir əlaqə müxtəlif səbəblərdən fərqli ola bilər. Budur bəzi ümumi səbəblər:

İnanclardakı fərqliliklər: Dini, ideoloji və sivil fərqliliklər uzunmüddətli mübahisələrə və fikir ayrılıqlarına səbəb ola bilər.

Duygusal uzaqlaşma: Duygusal bağlılığın zəifləməsi, əvvəllər çox mənasız olan şeylərin zaman keçdikcə daha az maraq göstərməsi əlaqənin bitməsinə səbəb ola bilər.

Evliliklə nəticələnən əlaqlərin də sonu ayrılıq ola bilər. Birlikdə olduğun adama qarant kimi baxmaq, həqiqətən aşiq olmamaq, ehtiyacların dəyişməsi kimi səbəblər evlilikləri dağıda bilir. Hər münasibətdə zaman-zaman enişlər-yoxuşlar olur. Davamlı münasibətləri bitirən səbəbləri təqdim edirik.

Həqiqətən aşiq olmamaq

Bir insanı bəyənmək və ya ona aşiq olmaq fərqli anlayışlardır. Biz bunları hərdən qarışdırırıq. Bir insanın yanında rahat olmaqla aşiq olmağı səhv salırlar. Evləndikdən sonra isə əslində aşiq olmadıqlarını anlayırlar. Bunu fərq etdikdə isə hər şey gec olur.


Münasibətin əvvəlində aşırı həssaslıq göstərmək

Araşdırmalar göstərir ki, münasibətin əvvəlində həssas olan cütlüklər evləndikdən sonra boşanmaya meylli olurlar. Etdiyiniz sürprizlərin qarşı tərəfi əvvəlki tək heyrətləndirməməsi işi daha da sıxıcı edə bilər.


Partnyora qarant gözüylə baxmaq

Partnyorunuzun özünü xüsusi hiss etməsi üçün fərqli yollar tapmağınız gəncsinizsə, asandır. Sizin üçün necə dəyərli olduğunu ona göstərmək çətin olmaz. Onu itirməmək üçün əlinizdən gələni əsirgəmirsiniz. Evləndikdə isə onu qarant olaraq görürsünüz. Onu əvvəlki tək təqdir etməzsiniz və aranızdakı məsafə uzanar.


Münasibətdəki ehtiyaclarınızın dəyişməsi

İnsanların ehtiyacı zaman-zaman dəyişir. Ya partnyorunuzla birgə böyüyüb ortaq gələcək arzulayarsınız, ya da öz hədəflərinizə çatmaq üçün çalışarsınız. Evlilik gözəldir, ancaq onunla birlikdə səbr, sədaqət və sevgi lazımdır. Buna görə insanlar evləndikdən sonra problem yarandıqda özlərini əzilmiş kimi hiss edirlər və öz məqsədlərinə köklənmək üçün boşanmağı üstün tuturlar.


Partnyorunuzun fərqli özəlliyini kəşf etmək

Uzun müddətli əlaqənizin olması partnyorunuzu tamamən tanımağınız anlamına gəlmir. Evləndikdən sonra zamanla onun yaxşı və ya pis xüsusiyyətlərini kəşf edə bilərsiniz. Sədaqətsizlik, dürüst olmamaq, maddi problemlər, etibarsızlık, çox sahiblənmək boşanmaqla nəticələnə bilən mənfi hallardır.


Evliliyi digər istəklərlə qarışdırmaq

Hər hansı sevgi ilə bağlı olmayan səbəbdən dolayı evlənmək evliliyi uzun müddət saxlaya bilməz. Uzun müddət bir yerdə olduğunuz biriylə sırf yenidən birini tapıb eyni prosesləri yaşamaq üçün evlənmək doğru deyil. Bunu etməklə sadəcə vaxt itiririk. Evliliyiniz sevgi üzərində qurulmadığı üçün bitməyə məhkumdur. Hamı evlənmək istəyir, amma bunu başqalarının təzyiqi altında etməməlidirlər. Evliliyi bir velosipedə bənzətsək, partnyorlar onun təkərləridir. Birlikdə irəliləmək üçün özlərini fəda edirlər. Buna görə evlənməyə hazır olmamış ailə qurmaq olmaz.


Düşündüyünüz qədər uyğun olmamaq

Əksəriyyətimizin evlilikdən real olmayan gözləntisi var. Bəzi həqiəti əks etdirməyən filmlərə görə evlilik dedikdə beynimizdə mükəmməl həyat mənzərəsi canlanır. Ancaq hər günümüz əla keçə bilməz. Onun və sizin özünüzü dinləmə, tək qalma ehtiyacınız yarana bilər. Unutmayın, evlilik anlayışlı olmaq üzərində addımlayır.