Zəngin olmaq hər kəsin qurduğu xəyallarından biridir. Zənginlik özü ilə lüks həyat, bahalı əşyalar da gətirir. Varlı olarkən sahib olmaq istədiklərinizlə bağlı araşdırma aparmışıq. Nəticəni sizə təqdim edirik.

1. Böyük şərab anbarı


Mətbəxin altında yerləşən, lüksünüzə lüks qatacaq şərab anbarı zənginlik dövründə sahib olmaq
istədiyiniz detallardan biridir. Xüsusilə gecələr bu anbardan dostlarınızla birlikdə şərab seçmək adınızın həmişə xatırlanmasına kömək edəcək.

2. Böyük film salonu


Evinizin böyük bir hissəsini əhatə edən kinoteatr sizə ləzzət və rahatlıq bəxş edə bilər. İstədiyiniz filmə baxa biləcəyiniz böyük bir kinoteatr, hətta evinizdə film gecələri təşkil etməyinizə imkan yaradar.

3. Şəlaləni xatırladan duş


Evinizdəki lüks sərhədlərini genişləndirən və ayrılmaq istəmədiyiniz şəlaləyə bənzəyən duş zövqünüzü nümayiş etdirər. Zənginliyin göstəricilərindən biri olaraq, evinizdə quraşdırılmış şəlaləni əks etdirən duş qonaqların heyrətinə səbəb olar.

4. Zəngin kitabxana


Böyük kitabxana varlı olduqdan sonra arzularınızdan biri ola bilər. Yüzlərlə növ kitabdan ibarət böyük bir kitabxana həm zənginliyin ən vacib göstəricisi, həm də ətrafınızın sizə olan heyranlığının təcəssümü olacaq.

5. Bağçada qolf meydançası


Qolf ümumiyyətlə lüks və zəngin həyata aid idman növü kimi tanınır. Varlanandan sonra həyətinizi qolf sahəsinə çevirə bilərsiniz. Bu, dostlarınızın böyük diqqətinə səbəb olar.

6. Hovuz üzərində asma yataq


Hovuz üzərində asma yataqda dincəlmək zənginlərə xas olan istirahət formasıdır. Lüksün zirvələrindən biridir.

7. İşıqlandırılmış olimpiya hovuzu


Varlı olarkən lüks həyata üstünlük verərsinizsə, şıqlandırma sistemləri ilə zənginləşdirilmiş olimpiya hovuzu eviniz üçün yaxşı bir seçim olacaq.

8. Tropik bitkilərlə bəzədilmiş terras


Lüks həyatın vacib şərtlərindən biri də tropik mühiti əks etdirən terraslardır. Zəngin bitkilər və müxtəlif tropik ağaclarla bəzədilmiş terras zənginlik əlaməti sayılır.

9. Akvarium divar


Akvarium divarlar varlı olduqdan sonra əldə etmək istədiyiniz məvhumlar arasında yer alır. Xüsusilə evinizin divarında dəniz məhsulları florasını görmək çox gözəl duyğudur.

10. Mənzərəli vanna otağı



Evdə rahatlaşmaq üçün istifadə olunan ən önəmli yerlərdən biri də vanna otağıdır. Lüks həyat yaşayanlar gözəl mənzərəsi olan vanna otaqlarına üstünlük verirlər.