Xocalı faciəsinə aid şəkillər, Xocalı faciəsi haqqında şeir, Xocalı soyqırımına aid şəkillər, Xocalı soyqırımını unutmayaq və unutdurmayaq!

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.


Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur.


Xocalı faciəsini unutmayaq! və unutdurmayaq! 26 fevral günü şəhidlərimizi yad edək. Allahdan onlara rəhmət diləyək.

Xocalı faciəsi haqqında şəkilləri telefonunuza yükləyərək whatsapp statusunuzda paylaşa bilərsiniz.



İnsanlara qıymadan, Güllə atəşinə tutdular.
Yaşlı, uşaq baxmadan, Yanar oda atdılar.


Neçə şəhidlər verdik, Neçə ana itirdik, Neçə illər gözlədik..


Könlümüz dərddən yaralı, Gözümüz səndən aralı,
Qəlbimiz düşməndən dağlı, Xocalı, ay Xocalı !



Şəhidlərin qanı yerdə qalmayacaq,
Anaların haqqı düşməndən sorulacaq,
İgid oğullar səni düşməndən qurtaracaq,
Xocalı, ay Xocalı !


Tüklərim biz-biz durur, Xocalını ananda!
Qəlbim nifrətlə vurur, Xocalını ananda!


Ürəyimə bir dərdsən. Ay bəlalı XOCALI
Bu dərdini cəkənin. Yoxdur halı, XOCALI
Ay bəlali XOCALI


Yenə ekranda gedir Xocalı faciəsi,
Yenə yerdə meyitlər,
Yox yanında kimsəsi,
O bədbəxt insanların,
Qulağımda naləsi!



Mənim qəlbim dağlıdır. əlim-qolum bağlıdır.
Ruhum salsa haqlıdır, Qalmaqalı XOCALI
Ay bəlalı XOCALI

Asimana ucalır anaların naləsi!
Süngü-bıçaq altında onun bircə körpəsi,
Dəlmə-deşik bədənlər, soyulmuş qafa tası,
Yaralardan qan axır, əridir qarı, buzu!


Könlümüz dərddən yaralı,
Gözümüz səndən aralı,
Qəlbimiz düşməndən dağlı,
Xocalı, ay Xocalı !


Söyləsəm, bu dərdim dağlardan ağır,
Namərdlər yoluma daş dığırladır,
Dağıldın kəndbəkənd, çadırbaçadır,
Bəs kimdən inciyim, küsüm, Xocalı!

Dərdimin ən varlı şəhəri, Ağdam,
Dərdimin ən ağır qəhəri, Ağdam.
Olaram sinənin sipəri Ağdam,
Səni Qaradamca qorumamışam.

Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.


Hələ durur qabaqda Xocalının qisası!
Bu qan yerdə qalmasın! Qoy alınsın qisası!
Yurduna sahib dursun onun öz oğlu-qızı!
Bitsin Xocalı yası!


Xocalı soyqırımı haqqında digər məqaləmiz: