Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə yağır?

Alimlərin araşdırmalarına görə, yağış təkcə Yerə yağmır. Digər planetlər və onların peyklərində də müxtəlif yağışlar olur. Halbuki bu yağışlar bizim bildiyimiz yağış kimi deyil. Su əvəzinə sulfat turşusu adlı bir maddə yağır. Məsələn, Venerada səthin temperaturu 475 dərəcə olduğu üçün yağışlar yerə çatmamış buxarlanır və yox olur.


Saturna il ərzində təxminən 1000 ton almaz yağır.

Amma kosmosda almaz toplayıb sərvət qazanmağın yolunu tapmağa başlamazdan əvvəl bunun sübuta yetirilmədiyini qeyd etməliyik. Bu nəzəriyyəni NASA-nın bəzi mütəxəssisləri irəli sürsə də, hələ ki, öz təsdiqini tapmayıb.


Deyilənlərə görə, almaz yağışı Neptun və Yupiterə də yağır, lakin Saturn bu baxımdan xüsusilə fərqlənir. Marsda quru buz qarı, Yupiterdə maye helium yağışı və Günəşdə plazma yağışı yağır.