Ziyalı insanlarla rastlaşdıqda çoxları sevinir. Belələri yaraşıqlı, ideal bədən quruluşlu birindənsə kitab oxuyana daha çox diqqət yetirirlər.


Yüksək zəkalı insanları sevənlərin bildiyi 17 nüansı təqdim edirik:

1. Bədənlərini şar kimi şişirənlər xoş görünmürlər. Sanki başları bədənə sonradan əlavə olunub.



2. Pulun hər şeyə çarə olduğunu düşünənlərə nifrət edirlər. Belə bir insan sizə pulla ala biləcəyi əşya gözüylə baxır.



3. Onlara olduqca maraqlı gələn məsələ yalnız elmdir.



4. Həmçinin, kainatın sirlərindən daha ehtiraslı şey yoxdur onlar üçün.



5. Onlar ağılla hərəkət edən insana aşiq olurlar. Beyindən ən üst səviyyədə istifadə etmək gərəkdir.



6. Ağ xalatlı insanlara xüsusi simpatiyaları var. Həkimlər, kimyaçılar, bioloqlar, mühəndislər və s. Bunların arasındadır.



7. Zövqlə oxuduqları kitabdan daha əyləncəli nəsə tanımırlar. Sevdikləri insanla kitabla bağlı saatlarla müzakirə apara bilərlər.



8. Bir partidə sabahadək əylənmək maraqsızdır onlara.


9. Sevdikləri insanla birlikdə elmi-fantastik film izləməyi sevirlər. Məsələn, "Star Wars"-a sabahadək baxa bilərlər.



10. Savadlı, məlumatlı insanı saatlarla dinləyə bilərlər. Onların hər cümləsinə aşiq olarlar. Kainatla, planetlərlə bağlı suallar verərlər.



11. Texnologiyadan aldıqları həzzi onlara başqa nəsə verə bilməz. Yeni bir ixtira olduqda dərhal onunla maraqlanarlar. Texnologiya dedikdə hansısa "iPhone" modeli nəzərdə tutulmur. Kosmik araşdırmalar və s.



12. Primitiv məsələlərin müzakirə olunduğu məkanda qala bilmirlər. Kiminsə haqqında dedi-qodu etmək onlara maraqlı deyil.


13. Elmlə, dünyəviliklə bağlı danışanlara üstünlük verirlər. Məsələn, Karl Saqan onlara çox maraqlıdır.



14. Qəribə və bir qədər dəpsixopat hesab olunurlar. İstəkləri çox fərqlidir. Süni intellektin misilsiz gücünə əmindirlər.



15. Fiziki üstünlükləriylə öyünənlərə yox, bilikləriylə önə çıxanlara heyran qalırlar.



16. Elmə maraq göstərdikləri üçün bəzən məktəbdə müəllimlərinə aşiq olurlar. Bir müəllimi yaraşıqlı, cazibədar aktyordan üstün tuturlar.



17. Yəni sevdikcə yeni məlumatlar öyrənməyə, öyrəndikcə daha çox proqramlaşdırmağa proqramlaşdırıblar özlərini. Məsələn, belə cütlük darıxanda hər hansı elmi araşdırma və ya sınaq aparmağı çox sevir.