1. "Facebook" sayəsində özünə balalar tapan köpək


"Daisy" adlı köpək yanğında 7 balasını itirdi və depressiyaya düşdü. Sahibi anaları ölmüş 8 it balasının sahibiylə "Facebook"-da tanış oldu. Həmin balaları köpəyin yanına gətirdilər və o, onları öz balaları kimi qəbul etdi.

2. "Twitter" sayəsində məşhurlaşan çörəkçi


Çörək dükanı açan texaslı şəxsin işləri yolunda getmirdi. Oğlu atasının qəmgin halını "Twitter"-də paylaşdı. Foto 750 min bəyənmə qazandı. Çörək dükanı məşhurlaşdı.

3. "Insagram" sayəsində gənc ataların körpələrinin bez dəyişdirmə problemini həll edən şəxs


Ata "Instagram"-da qucağında körpəsinin bezini dəyişərkən şəklini çəkib paylaşdı. Foto bir uşaq bezləri şirkətinin diqqətini çəkdi. Bununla da ABŞ-da kişi tualetlərinə 5 minə yaxın bez dəyişdirmə aparatı yerləşdirildi.

4. Autizmdən əziyyət çəkən qıza "Twitter" kömək etdi.


Elise sevdiyi paltarını itirdikdə çox üzüldü. "Twitter"-də edilən paylaşım sayəsində bir çox insan həmin paltarın eynisindən tapmağa çalışdı və sonda bunu bacardılar.

5. Sosial media sayəsində opera müğənnisinə çevrilən sürücü


Cənubi Afrikada taksi sürücüsü olan Menzi Mnqoma müştəri apararkən oxudu və müştəri onu videoya çəkib paylaşdı. Sürücü bundan sonra operaya dəvət edildi.

6. Doğum günündə tək olan uşağın yardımına sosial media yetişdi.


Floridada yaşayan 6 yaşlı uşağın doğum gününə kimsə gəlmədi və buna görə çox üzüldü. Uşağın anası "Facebook"-da bununla bağlı paylaşım etdi. Çox keçmədi, 40 nəfərlik qrup hədiyyələrlə birlikdə doğum günü tədbirinə qatıldı.

7. Bir-birindən xoşu gələn cütlük sosial mediada tanış oldu


Savannah Kempell mağazada gördüyü adamdan xoşu gəldi. O, həmin şəxsin köpəyinin adıyla sosial mediada tapdı onu. Beləcə, münasibət qurdular.

8. "Facebook" sayəsində itirdiyi protez qulağını tapan şəxs


Merrit Yiger çimərlikdə protez qulağını itirdi. Onu tapan bir şəxs polisə məlumat verdi. "Facebook"-da edilən paylaşımdan sonra protez qulaq sahibinə qaytarıldı.

9. Bir ayağı kəsilən şəxsə sosial mediada yüzlərlə insan dəstək oldu


Foto paylaşaraq tezliklə ayağının kəsiləcəyini yazdı. Yüzlərlə insan ona dəstək oldu.

10. Pulu oğurlanan azyaşlı qız sosial media sayəsində daha artığına sahib oldu


9 yaşlı Elizey satdığı butulkalardan qazandığı 9 dolları oğurlatdı. Qızın atası olayı "Twitter"-də paylaşdı. Bundan sonra qız 300 dollar qazandı.

11. Saçları ucbatından işə götürülməyən, modellik agentliyinə qəbul edilən gənc


Kerion Vaşinqtonun anası "Facebook"-da oğlunun saçlarına görə işə qəbul olunmadığını yazdı. Paylaşım böyük əks-səda doğurdu. Bundan sonra Kerion agentliyə dəvət edildi.

12. Pulu olmadığı üçün edə bilmədiyi səyahətin saxta videosunu paylaşan şəxs sosial media sayəsində xəyalını reallaşdırdı.


Havay adalarına gedə bilmədiyi üçün yaşıllıq ərazidə video çəkdi və oranı Havay adaları kimi təqdim etdi. Video 60 min bəyənmə topladı. Gəncə bilet satıcıları pulsuz bilet hədiyyə etdilər.

13. Sosial media sayəsində arzusunu reallaşdırdı


Kiçik Raçel yolun üstündəki bağlı sahəni görüb anasına orada pərilərin yaşadığını söyləyərək içəri baxmaq istədi. Anası sosial media sayəsində "pərilər evi"nin sahibi tapdı və açarı alıb evin içərisinə hədiyyələr və bir məktub qoydu. Raçel bununla xəyalını reallaşdırdı.