Yaxşılıq etmək bizə ən gözəl duyğunu və gözəlliyi qazandırar. Yaxşılıq ən böyük dərs və tapşırıqdır. Yaxşılığa aid ən gözəl sözləri təqdim edirik.

İnsan Allaha başqa insanlara yaxşılıq edərək yaxınlaşa bilər.

Pisliyə yenilmə, pisliyi yaxşılıqla yen.

Millətlərin adətləri ayrı-ayrıdır, ancaq yaxşılıq hər yerdə birdir.

Həyatda hər şeydən çox yaxşılığı kəşf etdim.

Başqalarına yaxşılıq edərkən özünə yaxşılıq etdiyini bil.


Qəlblərə yaxşılıq bəxş etməyi niyyət etmişik. Çünki bu yolun sonu hüzurdur.

Üç keyfiyyət böyüklüyün mayasıdır: qəzəbi boğmaq, pislik edəni bağışlamaq və insanlara yaxşılıq etmək.

Yaxşılıq etməyə güçün yetmirsə, heç olmasa pislik etmə.

Hər insan etmədiyi bütün yaxşılıqlara görə günahkardır.

Yaxşılıq insanın təhlükəsizlik kəməridir.


Kim zərrə qədər yaxşılıq edibsə onun mükafatını alar. Kim zərrə qədər pislik edibsə onun cəzasını alar.

Yaxşılıq gözəl əxlaqdır.

İndi əlindən gəlirsə yaxşılıq et. Yoxsa sabah kəfəni yırtıb əlini çıxara bilməzsən.

Yaxşılıq içdən gəlir. Yaxşılıq bir seçimdir. Bir insan onu seçmədikdə insanlıqdan çıxar.

Yaxşılıq edə bilməyən insanlara bildikləri başqa şeydən xeyir gəlməz.

Yaxşılıq etmək, kiməsə pisliyi toxunmamaq deyil, pislik edəcək cövhəri içində saxlamamaqdır.


İnsan həyatında 3 önəmli məqam var: birincisi, yaxşı insan olmaq, ikincisi, yaxşı insan olmaq və üçüncüsü, yaxşı insan olmaq.

Pislərə yaxşılıq etmək qum üstünə yazı yazmaq kimidir.

Hər şey Tanrının əlindən çıxdıqda yaxşıdır, sonra insanların əlində xarab olur.

Yaxşılığı gizli edənlər Tanrıya inananlardır.

Allah sənə necə yaxşılıq edibsə, sən də elə yaxşılıq et.

Özünə yaxşılıq etməyən başqalarına da edə bilməz.


Yaxşılıq etmək qabiliyyəti olub, etməyən insan cinayət etmiş sayılır.

Bir atanın övladlarına ən böyük yaxşılığı onların analarını sevməkdir.

Kiçik bir düşüncə və bir az yaxşılıq çoxlu puldan daha qiymətlidir.

Gözəllik xoşa gələr, zəka əyləndirər, duyğusallıq coşdurar. İnsanları bir-birinə bağlayan isə yaxşılıqdır.

Həqiqi comərdlik insanlara heç vaxt bilməyəcəkləri bir yaxşılıq etməkdir.

Yaxşılığı unutmayın və çalışıb siz də yaxşılıqla cavab verin. Pisləri isə özünüzdən uzaqlaşdırmağın bir yolunu tapın.


Yaxşılıq et, dənizə at. Balıq bilməsə də, xaliq biləcək.

Təkcə yaxşılıq etmək yox, yaxşılığı zərafətlə etmək gərəkdir.

Yaxşılıqdan böyük bir nemət yoxdur.

Yaxşılıq xarakterlə bağlıdır. Bütövlük, dürüstlük, nəzakət, comərdlik, əxlaqi cəsarət və s. Hər şeydən çox digər insanlarla necə davranmağımızla bağlıdır.

Yaxşılığı başa düşməsələr də, sən yaxşılığından qalma.

Malınızı Allah yolunda xərcləyin. Özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.


Qarşına sənə pislik etmək istəyənlər çıxacaq. Amma unutma ki, sənə yaxşılıq etmək istəyənlər də qarşına çıxacaq.

Günəş öz işığı və istiliyinə görə heç kimdən təşəkkür gözləmir. Sən də günəş kimi ol və yaxşılıqlarını əvəzsiz et.

Yaxşılığa gedən yol çətin görünsə də, tapıla biləcək bir yoldur.

Yaxşı şeylər etmək üçün əvvəlcə yaxşılara inanmaq lazımdır.

Doğru olun, çünki doğruluq yaxşılığa aparır. Yaxşılıq isə cənnətə aparır.

Sadəlik, yaxşılıq və doğruluq olmayan yerdə böyüklük olmaz.


Yaxşılığın şərəfi tez edilməsindədir.

Yaxşılıq, paylaşıldıqca artan dəyərdir.

Ədəb sahibi yalnız yaxşılıqlardan zövq alar.

Yaxşılıq etməyə davam et. Qarşındakı yaxşılığa layiq olmasa belə, sən o yaxşılığa layiqsən.

Yaxşılıq həmişə lazımlı sərmayədir.