Yel çərşənbəsi təbrikləri, Yel çərşənbəniz mübarək yazılı şəkillər, Yel çərşənbəsi haqqında topladığımız təbrik mesajlarını sizlərlə bölüşürük.

Yel çәrşәnbәsindә әsәn külәklәr bir gün әrzindә bir neçә dәfә istiqamәtini dәyişir. Hәtta külәklәrin durmadan siti vә soyuq olmasına da rast gәlmәk mümkündür. Bu da әvvәlki çәrşәnbә olan Od çәrşәnbәsindә qeyd etdiyimiz Boz ayla әlaqәdar olaraq formalaşır. Bu çәrşәnbә dә digәrlәrindә olduğu kimi hamının qapısında, hәyәtindә tonqallar qalanır. Eyni ilә digәr çәrşәnbәlәrdә olduğu kimi yenә insanlar bu tonqalların üzәrindәn tullanırlar.

Bu məqaləmizdə sizlər üçün yel çərşənbəsinə aid təbrik mesajları və təbrik şəkilləri paylaşırıq. Yel çərşənbəsi şəkillərinin üzərinə klikləməklə şəkili yaxınlaşdıra bilərsiniz və telefonunuza endirə bilərsiniz.

Bütün ilk.az istifadəçilərimizin çərşənbəsini təbrik edirik!


Yel çərşənbəsi 2022

Bahar yeli ruzi gətirər. Yel çərşənbəniz mübarək olsun!

Bahar küləklə gələr. Baharın gəlişi ölkəmizə ruzi-bərəkət gətirsin. Bütün ailələrdə xoşbəxtlik, mehribançılıq olsun. Amin.

Yel əsir, gəlir baharın nəfəsi. Torpağın qoxusu gəlir. Yel çərşənbəniz mübarək.

Küləklər soraq gətirib yazdan,
Torpaq oyanacaq birazdan!


Əsən yel ancaq xoş xəbər gətirsin ailənizə. Yel çərşənbəniz mübarək!

Yel hərəkətdir! Hərəkətiniz bərəkətli olsun!


Ötən il paylaşdığımız yel çərşənbəsi təbrik şəkilləri və təbrik mesajları

Yel çərşənbəniz mübarək olsun! Bu çərşənbədə bütün dərdlərinizi yel götürüb aparsın. Üzəyiniz fərahla dolsun.

Dәn dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sәnә, gәl baba.

Elim, günüm batdı gәl,
Çәrpәlәngim yatdı gәl.
Tәknәdә qaldı aşım,
Yatdı dәgirman daşım…


Üçüncü çərşənbə olan Yel çərşənbəniz mübarək olsun!

Qarşıdan gələn Novruz bayramı öz bahar nəfəsi ilə qəlbinizə sevinc, ruhunuza əmin-amanlıq gətirsin.

Allah heç bir evi ruzi-bərəkətsiz qoymasın. Yel çərşənbəniz mübarək olsun!


A Yel baba, Yel baba,
Tez gәl, baba, gәl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.


Çərşənbəyə aid digər məqalələrimiz: