Yuxuda alma görmək uğura, uşağa, qismətə, evliliyə, halal qazanca və istəklərin həyata keçməsinə işarədir.

Yuxuda alma ağacı görmək


Dostların bir-birilərinə olan yaxınlığına dəlalət edir. Yuxuda alma ağacının altında dincəlmək subaylar üçün evlilik, evli olanlar üçün isə xoşbəxt həyat anlamı verir.

Yuxuda qırmızı alma yemək

Qismətli işlərə işarədir. Yuxuda yaşıl alma görmək sıxıntı, kədər, əhvalın pisləşməsi kimi tozulur.

Yuxuda alma bağı görmək

Alma bağında dolaşdığını görmək xeyirli və gözəl əlamətdir. Xoşbəxt bir gələcəkdən xəbər verir.

Yuxuda alma qurdu görmək

Bir şeydə həvəsin azalmasına və əhvalın pozulmasına, geri addım atılmasına işarədir. Yuxuda almaq qurdu yemək arzuolunmaz durumları ifadə edir.

Yuxuda alma yemək


Yuxu sahibi evlidirsə və uşaqları varsa, onlarla gözəl günlər yaşayacağına dəlalət edir. Yuxuda qırmızı alma görmək daha yaxşı əlamətdir. Yuxuda alma yemək yuxu sahibinin ətrafında gözəl ürəkli insanların olacağı kimi yozulur. Qırmızı alma görmək həmçinin halal mal anlamına gəlir.

Yuxuda qara alma görmək

Yuxu sahibinin yeniliklərə açıq olduğunu göstərir. Yuxuda qara alma yemək bir çox insanın yaxşı münasibət bəsləmədiyi bir şəxslə birlikdə olmaqdan xəbər verir. Yuxuda qara alma satmaq bir işə cəsarətlə atılmağı bildirir.

Yuxuda alma dişləmək

Yuxu sahibinin əlinə bəzi fürsətlərin düşəcəyinə, bol gəlir qazanacağına işarədir. Yuxu sahibinin qismətinin artacağı və işlərinin yolunda gedəcəyi anlamını verir.