Yuxuda bayram görən insan üçün edilən yozumlar yaxşı və gözəl anlardan xəbər verir. Yuxuda özünü bayram ab-havasında görmək şad və xoş günlərin yaxın olduğuna işarədir. Ancaq yuxunun təfərrüatları onun düzgün təfsiri üçün vacibdir.

Yuxuda bayram namazı qılmaq


Namaz insanların mənəvi rahatlıq tapdığı bir əməldir. Real həyatda insanlar namaz qılaraq Allaha daha yaxın olmaq, rahatlıq tapmaq və ruhən güclənmək istəyirlər. Ona görə də yuxuda bayram namazı qılmağın da buna bənzər bir mənasının olub-olmaması insanları maraqlandırır. Yuxuda bayram namazı qılmaq yaxşı əlamətdir. Yuxu sahibinin tezliklə borclarından qurtulacağı, problemi varsa, öhdəsindən gələcəyi, xəstədirsə, sağalacağı anlamına gəlir. Yuxu sahibinin başqalarının bayram namazı qıldığını görməsi çətin anların dahəmin insanların ona kömək edəcəyi mənasını verir.

Yuxuda bayram cibxərcliyi almaq


Bayram günlərində uşaqlar üçün ən xoş anlardan biri də cibxərcliyidir. Böyüklərin kiçiklərə bayram cibxərcliyi verməsi bayram ənənəsinin ən gözəl cəhətlərindən biridir. Yuxuda bayram cibxərcliyi almaq son dərəcə xeyirli əlamətdir. Yuxu sahibinin dərdlərinin bitəcəyinə, qismətinin açılacağına işarədir. Yuxu sahibi ətrafındakı insanlardan daim xeyirxahlıq görəcək, onların dəstəyini hiss edəcək. Yuxuda bayram cibxərcliyi almaq həmçinin yuxu sahibinin maddi cəhətdən güclənəcəyinə dəlalət edir. O, yeni iş təşəbbüslərində uğur qazanacaq və yüksələcək.