Yuxuda əkiz körpələr görmək ailə həyatında yaxşı və xeyirli hadisələrə işarədir. Həmçinin, qismət, xeyir və sevinc anlamına gəlir.

Yuxuda əkiz körpə sahibi olmaq


Yuxu sahibinin rifah səviyyəsinin yüksələcəyi və xoşbəxt bir həyat sürəcəyi kimi yozulur. Eyni zamanda, bu yuxu Allah-təalanın yuxu sahibinə davamlı olaraq bərəkətli bir mənbə bəxş edəcəyinə və həmin şəxsin sərvətinin bol olacağına dəlalət edir.

Yuxuda əkiz körpə xəbəri almaq

Şad xəbər deməkdir. Yuxu sahibinin əmiyyətdə hörmətli bir insan olacağından xəbər verir. Yuxuda əkiz körpə xəbəri almaq xeyirli günlərin müjdəçisi kimi təfsir olunur.

Yuxuda əkizləri əmizdirmək

Yetimlərə kömək etmək mənasını verir. Yuxu sahibinin gözlənilmədən sahib olacağı maddi imkanlara və ya pula işarədir. Yuxuda əkizləri əmizdirmək evdəki ruzi-bərəkəti ifadə edir.

Yuxuda kiminsə əkiz uşaq gözlədiyini görmək

Gəlirli bir işlə məşğul olmaq, yaxın ətrafından maddi və mənəvi dəstək almaq anlamına gəlir. Tanıdığın birinin əkiz uşaq gözlədiyini görmək yuxu sahibinin bir qohumuna xoş xəbərin gələcəyinə dəlalət edir. Yad birinin əkiz uşaq gözlədiyini görmək sevinc və xoşbəxtliyi bildirir.

Yuxuda əkiz uşaq arabası görmək


Bu yuxu səyahətlə əlaqələndirilir. Əkiz uşaq arabası sürdüyünü görmək isə uzaqdan gələcək bir yolçunu və ya xəbəri ifadə edir. Yuxu sahibinin gələcəkdə çıxacağı səfərə və ya gözlənilməz bir xəbərə hazırlıqlı olmasını göstərir.

Yuxuda əkiz uşağa hamilə olduğunu görmək

Yuxu sahibinin şad xəbərlər alacağına işarədir. O, tezliklə bir qismət tapacaq. Yorulmadan əldə ediləcək qazanc, sərvət və gücdən xəbər verir. Yuxuda əkiz uşağa hamilə olduğunu görmək bir-birinin ardınca şad xəbərlər almaq mənasına gəlir.

Yuxuda beşikdə əkiz körpələr görmək

Evli insanların ailə həyatına müsbət təsir edəcək hadisələrdən xəbər verir. Bu yuxu əsasən xoşbəxtlik, bolluq, şərəf və mövqe sahibi olmaq kimi yozulur. Yuxuda beşikdə əkiz körpələr görmək bolluq və bərəkətin əldə olunacağına dəlalət edir.

Yuxuda əkizləri çimizdirmək

Vacib bir yerdən gələcək hədiyyəni simvolizə edir. Bu, həm də gəlirli bir iş imkanı anlamına gəlir. Yuxuda əkizləri çimizdirmək kədər və qəmdən qurtulmağı bildirir. Bu yuxu müsbət və xoş hadisələrə işarədir.