Yuxuda gəmi görməyin müxtəlif yozumları var. Sevincli, ümid dolu illərə işarədir. İş həyatında müvəffəqiyyət qazanmağı ifadə edir. Yuxuda köhnə gəmi görmək yuxu sahibinin qazancının azalacağına, problem yaşayacağına dəlalət edir.

Yuxuda gəmiyə mindiyini görmək

Yaxşı işlərdən xəbər verir. Yuxu sahibinin etdiyi səhvlərə görə tövbə edəcəyi kimi yozulur. Bol gəlir, ruzi- bərəkət anlamını verir. Əgər gəminin limandan sürükləndiyini görmüsünüzsə, bu, imansızlıq kimi təfsir olunur.

Yuxuda hərbi gəmi görmək


Yuxu sahibinin işlərinin rəvan gedəcəyini, heç bir probleminin olmayacağını bildirir. Yuxuda hərbi gəmi görmək yuxu sahibinin çətin olduğu ifadə edilən bir işdən zövq alacağına işarədir.

Yuxuda limanda gəmi görmək

Yuxu sahibinin valideynləri ilə problem yaşamayacağı, xaricə gedəcəyi, xaricdə maddi qazancının artacağıvə mülk sahibi olacağı kimi yozulur.

Yuxuda gəmi kapitanı görmək

Yuxu sahibinin öhdəsindən gələ bilmədiyi qorxularının olduğuna və sevdiyi bir insan sayəsində bu qorxularının öhdəsindən gələcəyinə dəlalət edir. Yuxu sahibinin yol qəzası keçirəcəyi və bu qəzadan sonra həyatının mənfi bir şəkildə irəliləyəcəyi anlamını verir.

Yuxuda gəmilərin toqquşduğunu görmək

Yuxu sahibinin iş həyatında batacağından, böyük bir borc bataqlığına girəcəyindən, bir ailə üzvü sayəsində işini yoluna qoyacağından xəbər verir. Bu, həm də insanın övladının olacağına işarə edir.

Yuxuda gəmi aldığını görmək

Əgər yuxu sahibi subaydırsa, xeyirli bir qisməti olacaq.

Yuxuda gəmi ilə səyahət etdiyini görmək


Yuxu sahibinin uğurlu bir insan olacağına işarədir. Yuxuda gəmi ilə səyahət etmək böyük uğurları ifadə edir.

Yuxuda batan gəmi görmək

Yuxu sahibinin çətin və sıxıntılı bir dövrə girəcəyi, xoş niyyətinə görə bəzi problemlər yaşayacağı mənasını verir.

Yuxuda maket gəmi görmək

Yuxu sahibinin uzun müddət davam edən çətinliklərdən sonra xoşbəxtliyə nail olacağını bildirir.