Yuxuda kirpi görmək həm müsbət, həm də mənfi şəkildə təfsir olunur. Yuxu sahibinin arxasından iş görən və onun haqqında məkrli planlar quran insanlardan xəbər verir. Bu yuxu həmçinin yuxu sahibinin həm iş, həm də ictimai həyatında əhəmiyyətli uğurlar qazanacağına işarədir.

Yuxuda ölü kirpi görmək

Yuxuda ölü kirpi görmək yuxu sahibinin böyük zəhmət və səylə yaxşı qazanc əldə edəcəyini göstərir. Həmçinin iş həyatında böyük rəqiblərinin olduğuna və bu rəqiblərlə ciddi mübarizə aparacağına dəlalət edir. Onun bu mövzuda uğur qazanacağı və rəqiblərini geridə qoyaraq yaxşı mövqeyə çatacağı kimi yozulur.

Yuxuda ağ kirpi görmək


Yuxuda ağ kirpi görmək yuxu sahibi üçün sakit və xoşbəxt bir həyat deməkdir. Onun ailəsi ilə birlikdə xoşbəxt həyat yaşayacağından xəbər verir. Eyni zamanda, səbrli bir insan olduğuna, bu səbri ilə yaxşı yerlərə gələcəyinə dəlalət edir.

Yuxuda bala kirpi görmək

Yuxuda kirpi balası görmək xırda hesablar içində olan insanları ifadə edir. Xüsusilə, bu insanların yuxu sahibinə xeyir gətirməyəcəyinə və zərər verə biləcəyinə işarədir.

Yuxuda kirpi tikanları görmək


Yuxuda kirpi tikanları görmək yuxu sahibinin çətin vəziyyətə düşə biləcəyindən xəbər verir. Həm də ona tələ quran birinin varlığını ifadə edir. Yuxu sahibi çox diqqətli olmalıdır.

Yuxuda kirpi əti yediyini görmək

Yuxu sahibinin iş həyatında rəqiblərinə qarşı mühüm bir uğur qazanacağına işarədir. Yuxuda kirpi əti yemək yuxu sahibinin Xüsusilə həyata keçirmək istədiyi layihə ilə bir addım irəli gedəcəyi və bu layihə sayəsində yaxşı mövqe qazanacağı kimi yozulur

Digər yozumlar

Yuxuda kirpi görmək şən və ağıllı bir insanla ailə qurmaq anlamını verir. Kirpi yuxusu maraq və hiylə kimi təfsir olunur. Yuxuda kirpi görmək yuxu sahibinin inandığı və güvəndiyi şəxs tərəfindən aldanacağını və buna görə də nüfuzdan düşəcəyini bildirir. Bəzi təfsirçilər gənc bir qızın yuxusunda kirpi görməsini onun ağıllı və bacarıqlı bir oğlanla evlənəcəyi kimi yozurlar.