Yuxuda koala görmək yaxşı əlamətdir. Yuxu sahibinin həyatında baş verəcək müsbət hadisələrə işarədir. Həyat yoluna düşməyə başlayacağı, şlər rəvan gedəcəyi, bəxtin açıq olacağı kimi yozulur.

Yuxuda ərincək görmək


Yuxu sahibinin rahatlığa düşkün olduğu, işləməyi sevmədiyi, evdə dincəlməyi sevdiyi, rahatlığının pozulmasını xoşlamadığı mənasını verir.

Yuxuda meymun görmək

Yuxu sahibinin əlindəki imkanlardan faydalanmaq, dolanışığını təmin etmək üçün əlindən gələni edəcəyini bildirir. O, bunun üçün gülməli, rüsvayçılıq doğuran vəziyyətlərə belə düşməkdən çəkinməyəcək.

Yuxuda uçan sincab görmək

Yuxu sahibinin işində peşəkarlaşacağına, bunun sayəsində yüksələcəyinə, insanların etibarını qazanacağına işarədir. Yuxunu görən şəxs bacarıqlarına görə özünü sübut edəcək və təqdir olunacaq.

Yuxuda platypus görmək


Yuxu sahibinin əzmli, çalışqan bir insan olduğu, hər xəyalını reallaşdıracağı, hədəflərinə çatacağı, yorulmadan, yolundan dönmədən irəliləyəcəyi anlamına gəlir.

Yuxuda Tasmaniya şeytanı görmək

Yuxu sahibinin böyük investisiyalar qoyacağına, rəqibləri ilə böyük mübarizəyə girəcəyinə dəlalət edir. Yuxu sahibinin güclü və qətiyyətli olmasından xəbər verir.