Yuxu sahibinin ətrafında olan xain, paxıl insanlara işarədir. O, hər kəsə etibar etməməlidir. Yeni təşəbbüsləri, imkanları və şad xəbərləri ifadə edir. Qazancın artmasına görə saxta dostluqlar meydana gələcəyi kimi yozulur.

Yuxuda köpək balığının olduğunu görmək

Yuxu sahibinin iş həyatında uğur qazanacağına, bol qazanc əldə edəcəyinə dəlalət edir. Yuxuda köpək balığının olduğunu görmək güc, şöhrət mənasını verir.

Yuxuda köpək balığı ilə üzmək


Yuxu sahibinin iş həyatında dişli rəqiblərlə mübarizə aparacağını göstərir. Yuxuda köpək balığı ilə üzmək yuxu sahibinin əmlakında başqalarının gözünün olduğu kimi təfsir edilir. Düşmənləri və ya rəqibləri üstələməyi bildirir

Yuxuda köpək balığı tutmaq

Gizli bir hadisənin üstünün açılacağına işarədir. Yuxu sahibi insanlarla münasibətdə məsafə saxlamalıdır. Xüsusən qohumları ilə mübahisə edə bilər. Prosesdən məharətlə istifadə edərək hər kəsi özünə heyran qoya bilər.

Yuxuda köpək balığı yemək

Yuxu sahibinin rəqibi və ya düşməninə qalib gələcəyindən xəbər verir. Yuxuda köpək balığı yemək yuxu sahibinin köhnə dostu ilə yenidən bir araya gələcəyinə, ailəsinin bundan narahat olacağına dəlalət edir.

Yuxuda köpək balığı ovlamaq


Yuxu sahibinin böyük günah işlədəcəyi, sonradan peşman olacağı, tövbə edəcəyi anlamına gəlir. O, bəzi insanların əsl üzünü görərək onlardan uzaqlaşacaq.

Yuxuda köpək balığı hücumu görmək

Yuxu sahibinin düşmənlərinin pisliyinə məruz qalacağından və ya böhtana uğrayacağından xəbər verir. Yuxuda köpək balığı hücumu görmək insanın sahib olduqlarının dəyərini bilmədiyi halda, zərər görəcəyi mənasını verir. İnsanlara haqq etdiyi dəyərin verilməsinə işarədir.

Yuxuda köpək balığı quyruğu görmək


Pis əlamət sayılır. Yuxu sahibinin sıxıntılarla üzləşəcəyi, buna görə çətin günlər keçirəcəyi, ailəsi ilə münasibətinin pozulacağı kimi yozulur. Qısa müddətli sıxıntı və stress kimi dəyərləndirilir.

Yuxuda köpək balığı öldürmək

Yuxu sahibinin zəfərindən xəbər verir. Bəzi yozumlara görə, haqsız qazanca dəlalət edir. Yuxuda köpək balığı öldürmək uzun müddətli tətil deməkdir. Qazancın artması ilə təmin olunan rahatlığı əks etdirir.