Yuxuda lalə görmək yuxu sahibinin şəxsi həyatı ilə bağlı məlumat verəcəyinə işarədir. Onun təmiz duyğu və düşüncələrə sahib olduğunu göstərir. Ailədəki xoşbəxtlik və səadətdən xəbər verir.

Yuxuda lalə əkmək


Yuxu sahibinin yardımsevər, xeyirxah bir insan olduğunu ifadə edir. O, hər canlıya kömək etmək üçün özünü borclu hesab edir. Yuxuda lalə əkmək yuxu sahibinin saf insan olduğu, deyilən hər şeyə inandığı kimi yozulur. Bu o deməkdir ki, yuxu sahibinin bu təmiz hisslərindən sui-istifadə etmək istəyənlər olacaq.

Yuxuda bənövşəyi lalə görmək

Yuxu sahibinin kiçik bir problemə əhəmiyyət verməməsindən dolayı ülli miqdarda pul itirəcəyinə dəlalət edir. Uzun müddətli eşq həyatı kimi də yozulur. Yuxu sahibinin öz qazancı ilə yaxşı işlər görəcəyi deməkdir.

Yuxuda qırmızı lalə görmək

Yuxu sahibinin insanın romantik anlar yaşayacağına, həyatdan həzz almağa başlayacağına dəlalət edir. Sevgi, sülh və xoşbəxtlik anlamını verir.

Yuxuda ağ lalə görmək

Yuxu sahibinin xəyalları olduğuna, bu xəyalları həyata keçirmək üçün maddi sıxıntı yaşadığına, çox
çalışaraq maddi problemlərini aradan qaldıracağına işarədir. Problemlərin qısa müddətdə aradan
qalxacağından xəbər verir.

Yuxuda lalə yığmaq


Yaxşı başlayan, lakin məyusluqla bitəcək bir işə dəlalət edir. Bəzi yozucuların fikrincə, bu, təhlükəli bir dostdan son anda qurtulmağı ifadə edir. Yuxu sahibinin ətrafındakı insanlardan uzaqlaşmalı olacağı mənasını verir. Belə insanlar adətən insana zərər verməkdən başqa heç nəyə yaramırlar.

Yuxuda lalə tarlası görmək

Yuxu sahibinin səxavətli və zəngin qəlbli biri olduğu mənasını verir. Ehtiyacı olanlara kömək etmək kimi yozulur. Yuxu sahibinin işində olacağını, harama tamah salmayacağını, halal yolu tutacağını göstərir. Pis vərdişləri varsa, onlardan xilas olacaq.