Yuxuda lunapark görmək ailə üzvlərinin böyük uğurlar qazanacağına işarədir. Əyləncə, bol qazanc, sevinc əlamətidir. Yuxu sahibinin dostları arasında hörmət qazanacağını göstərir. Vəzifə sahibi olmaq, iş həyatında düzgün addımlar atmaq kimi yozulur.

Yuxuda lunaparka getmək


Yuxu sahibinin istəmədən biri ilə vidalaşmaq məcburiyyətində qalacağına, yaxşı bir iş tapacağına dəlalət edir. Yuxuda lunaparka getmək insanın gördüyü iş sayəsində mühüm yerlərə gələcəyini ifadə edir.

Yuxuda lunapark avadanlığı görmək

Yuxu sahibinin iş səbəbiylə stress keçirəcəyindən xəbər verir. Bu, onun ailəsindən dəstək almasına səbəb olacaq. Gəlirlərinin artacağına və öz səyləri ilə uğur qazanacağına işarədir. Maddi qazanc anlamına gəlir.

Yuxuda lunaparkda qondola minmək

Yuxu sahibinin yeni mühitlərə girəcəyi və yeni həyəcanlarla qarşılaşacağı kimi yozulur. Onun həyatında müsbət dəyişikliklərin olacağını bildirir.

Yuxuda lunaparkda karuselə minmək


Uzun müddətdir dostlarınıza etinasızlıq göstəririsiniz. Dostlarınız sizi sevir və qiymətləndirir. Siz isə son zamanlar öz iç dünyanıza çəkilərək keçmiş haqda düşünürsünüz. Dostlarınız sizi axtarır və sizi öz mühitlərinə daxil etmək istəyirlər. Bu imkanı dəyərləndirin.

Yuxuda əyləncə parkında qatara minmək

Bu o deməkdir ki, qorxduğunuz bir hadisə ilə qarşılaşacaqsınız. Heç gözləmədiyiniz anda sizi qorxudacaq bir qəza yaşayacağınız və uzun müddət bundan qurtula bilməyəcəyiniz mənasını verir. Yaşadığınız bu qorxuya görə özünüzə qapanacaq və ətrafınızda heç kimi görmək istəməyəcəksiniz. Yuxuda qorxu qatarına mindiyinizi görməyiniz çəkinərək girdiyiniz bir işdən böyük gəlir qazanacağınıza işarədir. Bu pulu məntiqli şəkildə istifadə etməli və hər kəsə güvənməməlisiniz.