Yuxuda nur görmək doğru yola işarədir. Yuxuda nur görənin yolu aydınlanar, işləri qaydasına düşər. Yuxu sahibi sıxıntı yaşadığı bir məsələ ilə bağlı yardım alar və problemini həll edər.

Yuxuda nur görmək


Doğru yol, saleh əməl, Allah yolunda olma, tövbə etmə və uşaq mənalarını verir. Bəzi yozumlara görə daxili rahatlıq, mövqe və zənginlik əlamətidir.

Yuxuda nur üzlü baba görmək

Yuxu sahibinin gözləmədiyi xoş sürprizlə qarşılaşacağı və ona şad xəbər gətirənin olacağı kimi yozulur. Yuxuda nur görmək yaxşı əmələ və Allah yolunda olmağa dəlalət edir. Nur görənlər tövbə edib pisliklərdən uzaqlaşmalıdırlar.

Yuxuda nurdan paltar geyinmək

Yuxu sahibinin insanlara faydalı olacağından xəbər verir. Yuxuda nurdan paltar geyinənin edəcəkləri və deyəcəkləri özünə və ətrafındakılara xeyir gətirər.

Yuxuda bədəndən nur çıxdığını görmək


Yuxu sahibinin yuxuda bədənindən nur çıxdığını görməsi oğlan övladı anlamına gəlir. Yuxu sahibinin ağıllı bir oğlu olacağına işarədir.

Yuxuda evə nur enməsi

Bolluq və bərəkəti ehtiva edir. Eyni zamanda, ərlə arvad arasındakı xoşbəxtlikdən xəbər verir.

Yuxuda nur yağdığını görmək

Yuxu sahibinin səmərəli işlər görəcəyi, xoşbəxt və hüzurlu olacağı kimi yozulur. O, dərd-bəladan uzaq olacaq.