Yuxuda ox görmək düşməni məğlub etmək deməkdir. Bəzi yozuculara görə, güc və mal-mülkə işarədir. Yuxuda ox görmək həmçinin ədalət və sülh tərəfində olanları ifadə edir. Həmçinin, uzun bir səfərə çıxmağa dəlalət edir. Evli bir qadının yuxuda bir ox görməsi yaxşı bir əlaqə qurması və ərini əks etdirir.

Yuxuda ox atmaq


Yuxuda ox atmaq yuxu sahibinin həyatında hər şeyin yaxşı gedəcəyini göstərir.

Yuxuda yay görmək

Yuxu sahibinə yaxın bir qadını təmsil edir. Digər yozuma görə, yay yuxu sahibinin girəcəyi yoldan xəbər verir.

Yuxuda qırılmış ox görmək


Yuxu sahibinin əvvəlki gücünü itirdiyinə və heç kimin sözünə qulaq asmadığına işarədir.

Yuxuda oxun dəqiq dəydiyini görmək

Yuxu sahibinin bütün istəklərini yerinə yetirəcəyi anlamını verir.

Yuxuda hədəfə ox atmaq

Yuxu sahibinin böyük şansının olacağına dəlalət edir. Bu şans sayəsində iztirablardn xilas olacaq.

Yuxuda oxla yaralandığını görmək


Yuxu sahibinin düşməninin ona qurduğu planın baş tutmayacağı kimi yozulur. Yuxu sahibi, əksinə, daha da güclənər, xoş yaşayar.

Yuxuda oxdan qaçmaq

Yuxu sahibinin problemi olduğunu göstərir. Yuxu sahibi yaxşı işlər görərək savab qazanar.