Yuxu sahibinin bəzi xəyalları olduğuna və bunu reallaşdırmaq üçün əlindən gələni edəcəyinə işarədir. Ümid, xəyal və çalışmağı ifadə edir. Ailəyə qarşı məsuliyyətin artacağından xəbər verir.

Yuxuda şəkil çəkdirmək


Yuxu sahibinin özünə inamlı olduğunu göstərir. O, sevindirici xəbərlər eşidəcək. Yuxuda öz şəklini çəkmək ömür kimi yozulur. Yuxu sahibinin həyatına istiqamət verəcək addımlar atacağı mənasını verir.

Yuxuda telefonla şəkil çəkmək

Yuxu sahibinin maddi sıxıntısı olduğunu, lakin tezliklə yeni işə girərək bu problemini həll edəcəyini göstərir. Zaman-zaman çətin günlər keçirsə də, bunların öhtəsindən gələcək. Dostlarına güvənəcək.

Yuxuda pasport şəkli çəkdirmək

Yuxu sahibinin yeni bir işə girəcəyindən xəbər verir. Bəzi yozumlara görə isə qısa müddətli xəstəliyin xəbərçisidir. Mövqe sahibi olmağa, hörmət və gücə dəlalət edir. Hikmət sahibi olan insanlarla tanış olmağı ifadə edir.

Yuxuda fotoaparat görmək


Yuxu sahibinin məyus olacağı hadisələrlə üzləşəcəyi və gözləmədiyi birinin ondan üz döndərəcəyi anlamına gəlir. O, kədərlənmək əvəzinə həqiqəti öyrəndiyi üçün sevinməlidir. Yuxuda fotoaparatla şəkil çəkmək yuxu sahibinin bəzi sirlərlə qarşılaşacağına və çox düşünəcəyinə dəlalət edir.

Yuxuda köhnə şəkil görmək

Yuxu sahibinin vaxtilə qiymətini bilmədiyi bir insan üçün darıxacağı kimi yozulur. Digər bir yozuma görə isə yuxu sahibi itirdiyi etibarı yenidən qazanacaq. Yuxuda köhnə şəkil görmək yuxu sahibi yeni dostluqlar quracaq.

Yuxuda ailə şəkli görmək

Yuxuda ailə şəkli görmək və ya çəkdirmək yuxu sahibinin tezliklə şad xəbərlər eşidəcəyinə işarədir. Ailə üzvləri də bu xəbərlərdən məmnun olacaq.

Yuxuda bir liderlə şəkil çəkdirmək

Yuxuda prezidentlə şəkil çəkdirmək yuxu sahibinin dövlət qurumlarında bəzi işlərin olacağı anlamına gəlir. Həmçinin hər hansı sürprizi ifadə edir.