Yuxuda şəlalə görmək zamanın dəyərini bildiyinə və vaxtını yaxşı keçirdiyinə işarədir. Yuxu sahibinin qarşılaşacağı inanılmaz təsadüfləi, sürprizləri, onun xoşbəxt olacağını göstərir.

Yuxuda su səsi eşitmək

Şad xəbər əlamətidir. Yuxu sahibi ona sevindirəcək gözəl xəbər alar. Sıxıntıların bitəcəyinə, sakitlik, rifat qazanılacağına dəlalət edir.

Yuxuda şəlalədən atılmaq



Yuxu sahibinin zəhmət tələb edən bir işə girəcəyi, bu işdən bol gəlir qazanacağı kimi yozulur.

Yuxuda şəlalədə üzmək

Könül işlərində yeni yelkənlər açılacağı, sadə keçən həyata rəng qatılacağı anlamını verir.

Yuxuda şəlaləyə baxmaq


Yuxu sahibinin səbrli olacağına, kiçik sərmayələr qoyaraq zamanla böyük pullar qazanacağına, gələcəyi düşünüb addım atacağına, sayğılı olacağına işarədir.

Yuxuda şəlalə kimi axan su görmək

Yuxu sahibinin dərdlərinin sona çatacağını, sevdiyinə qovuşacağını, maddi çətinliklərdən xilas olacağını, yeni layihələrə imza atacağını, iş həyatında yüksələcəyini, bolluq və bərəkət içində yaşayacağını ifadə edir.