Yuxuda təqib olunduğunu görmək qorxunu ifadə edir. Yuxu sahibinin gündəlik yaşam tərzinə və duyğularına işarədir.

Əslində, yuxuda təqib olunmaq müsbət əlamətdir. Yuxuda sizi təqib edən insanın sizə bağlı olacağına, kömək edəcəyinə dəlalət edir.

Yuxuda sizi təqib edən şəxs dostunuz, qohumunuz və ya ailə üzvünüzdürsə, onun sizə yaxınlaşacağından xəbər verir.


Yuxuda təqib olunmaq sevgini də ifadə edir.

Yuxuda təqib olunmaq təmiz və xeyirli həyat əlamətidir.

Yuxuda qorxu şəklində görülən təqib olunmaq kabusu


Təqib olunmaq ən çox görülən kabuslardan biridir. Bir insan, heyvan və ya naməlum məxluq tərəfindən təqib olunduğunuzu görə bilərsiniz. Yuxuda sizi izləyən hər nə olsa da, sizi tuta bilmir və niyə arxanızca düşdüyü də bilinmir.

Yuxuda təqib olunmaq həyatınıza əl gəzdirməyin vaxtının yetişdiyini bildirir.