Yuxuda tüpürmək xoşagəlməz sözləri və yalanı ifadə edir. Yozucuların fikrincə, yuxuda tüpürdüyünü görən şəxs ağzından çıxan sözlərə diqqət yetirməlidir. Dediyi pis sözlər üzündən problem yaşaya bilər. Bu yuxu həm də yalan danışmaq mənasını verir. Yuxu sahibi danışdığı yalana görə böyük çətinliklər yaşaya bilər.

Yuxuda qan tüpürdüyünü görmək


Yuxu sahibinin yuxusunda qan tüpürdüyünü görməsi dediyiniz sözlərin qarşınızdakı insanları incitdiyinə işarədir. Daha sakit və konstruktiv olmalı, mənfi sözlərinizlə insanların nifrətini qazanmamalısınız. Bəzi yozuculara görə bu yuxu pis sözlər söyləmək və qəlb qırmaq anlamına gəlir. Həmçinin, böyük bir yalan
deməkdir.

Yuxuda üzə tüpürmək

İnsannın sözünün ağası olduğuna dəlalət edir. Yuxu sahibi ikiüzlülük etməz, qeybətdən uzaq olar. Hisslərini, fikirlərini açıq şəkildə ifadə edərək heç nəyi gizlətməz.

Yuxuda birinin sənə tüpürməsi


Yuxu sahibinin səhhətində müəyyən problemlərin olacağına işarədir. O, bunu aradan qaldırmaq üçün böyük vəsait sərf edəcək. Bu da onu borca salacaq.