Yuxuda üzük görmək yaxşı əlamət sayılır. Yeni əmlak əldə etmək və ya evlənmək deməkdir. Yuxuda üzük görən şəxs subaydırsa, evlənəcəyi, evlidirsə, yeni ev, torpaq və ya yeni maşın alacağı kimi yozulur. Arzu və istəklərin gerçəkləşəcəyi anlamına gəlir.

Yuxuda qızıl üzük görmək


Yyuxu sahibinin uzun müddətdən sonra yenidən rahatlıq tapacağına işarədir.

Yuxuda qızıl üzük görmək həm də insanın mal-mülkündə başqalarının gözü ola biləcəyindən, ailə münasibətlərinin yaxşı olacağından xəbər verir.

Yuxuda gümüş üzük görmək

Yuxu sahibinin uğurlarında başqalarının gözünün olduğuna dəlalət edir. Yuxuda gümüş üzük görmək yuxu sahibinin iş və ya təhsil həyatında irəliləyişlər olacağını bildirir. Yuxu sahibi rahat olmalıdır, ətrafındakı insanlar yardımsevər və yaxşı niyyətli insanlar olacaqlar.

Yuxuda tək qaş üzük görmək

Xoşbəxtlik, hüzur, xoş xəbər və həyəcan deməkdir. Yuxuda tək qaş üzük görmək yuxu sahibinin yaxşı pul qazanacağına işarədir. Bu yuxu həm də yuxu sahibinin ətrafındakı insanları doğru seçməyinin vacibliyini və diqqətli olmasını ön plana çıxarır.

Yuxuda brilliant qaşlı üzük görmək

Yuxu sahibinin uzun müddətdən sonra yenidən rahatlıq tapacağına dəlalət edir. Yuxuda brilliant qaşlı üzük görmək qısqanc və qəddar insanların varlığını ifadə edir. Yuxu sahibinin həyatında müsbət irəliləyişlərin ola biləcəyini göstərir.

Yuxuda gümüş üzük taxmaq

Xüsusən kişilər üçün mal-mülk əldə etməyə, şöhrət qazanmağa işarədir. Yuxuda gümüş üzük taxmaq iş həyatında qazanılacaq uğurlardan xəbər verir.

Yuxuda yeni üzük almaq


Yuxuda yeni üzük almaq uşaq mənasına gəlir. Subay adam üçün evlilik deməkdir. Yuxuda yeni üzük almaq yuxu sahibinin uzunmüddətli eşq həyatı yaşayacağı kimi yozulur.

Yuxuda qızıl üzük taxmaq

Haram mal və pul deməkdir. Yuxu sahibinin maddi sıxıntı yaşayacağını bildirir.

Yuxuda üzük hədiyyə etmək

Bəzi mülklərin satılacağı anlamına gəlir. Əgər üzük sizə hədiyyə edilibsə və hədiyyə verən şəxs yüksək bilikli birisidirsə, bu, yaxşı xəbər deməkdir. Təhsil və ya iş həyatında uğur qazanılacağı kimi təfsir olunur.

Yuxuda üzük itirmək

Yuxuda üzüyünün itdiyini görən hər kəs üçün bu yuxu çətinlik çəkməyi ifadə edir. Yuxuda üzük itirmək yuxu sahibinin iş həyatında problemlər yaşayacağı mənasını verir.