Yuxuda vəba görmək sıxıntı, yoxsulluq, aclıq, fəlakət kimi mənfi mənalara işarədir. Yuxu sahibinin həyatında bəzi problemlərin yaranacağından xəbər verir.

Yuxuda vəba maskası görmək


Yuxu sahibinin problem yaşayacağı anlamına gəlir. Bundan dolayı təmkinli olmalıdır. İnsanın həyatına özlərini dost kimi aparan, əslində düşmən olan şəxslərin daxil olacağını ifadə edir.

Bir yerdə insanların vəba xəstəsi olduğunu görmək

Həmin bölgədə yaşayan insanların fəlakətlə üzləşəcəyindən xəbər verir. Bu o deməkdir ki, oradakı insanlar çətin günlər yaşayacaq.

Yuxuda çoxlu insanın vəbadan öldüyünü görmək

Pis əlamət hesab olunur. Müharibə, sel, zəlzələ kimi fəlakətlər yaşayanağı, çoxlu sayda insanın həyatını itirəcəyi mənasını verir.

Yuxuda vəbadan ölən birinin dirildiyini görmək

Yuxuda vəbadan ölən birinin dirildiyini görmək xeyirə yozulur. Yuxu sahibi maddi sıxıntı və ya xəstəlikdən əziyyət çəkirsə, tezliklə hər şey öz həllini tapacaq.

Yuxuda dostunun vəbaya tutulduğunu görmək


Yuxuda dost və ya həyat yoldaşının vəba xəstəliyinə tutulduğunu görmək həbs cəzası deməkdir. Bəzi yozucular isə yuxu sahibinin məhkəmə ilə əlaqəli bir probleminin olacağını bildirirlər.

Yuxuda yoluxucu xəstəlikdən qaçmaq

Yuxu sahibinin iş həyatında böyük bir itkidən son anda xilas olacağına işarədir. Həmçinin, yuxu sahibinin yenidən işlərini yoluna qoyacağını bildirir.