Yuxuda yumurta görmək nə məna verir? Yuxuda yumurta görmək nə deməkdir? Bu mövzunu araşdırdıq. Müxtəlif mənbələrdən topladığımız yuxu yozmaları təqdim edirik.

Yuxu şərhləri hər kəs üçün çox maraqlıdır. Normalda yumurta bolluğu və məhsuldarlığı simvollaşdırır. Ancaq yuxuda yumurta görməyin fərqli mənaları var. Məsələn, yumurtanı çiy görmək, yumurta bişirmək və ya yumurta yemək. Beləliklə, yuxuda yumurta görməyin təfərrüatlı mənaları nədir?

Bəzi yozumlara görə yuxuda yumurta görmək uşaq anlamı verir. Evli şəxslərin uşağının olacağına işarədir. Yuxuda yumurta yediyini görən şəxsin övladı dürüst və çalışqan olacaq.

Yuxuda soyutma yumurta görmək


Yuxuda bişmiş yumurta görmək o deməkdir ki, yuxu sahibinin əlindəki dəyərlərin və insanların qədrini bilməsinə işarədir. Eyni zamanda, uzun bir fasilədən sonra sağalacağına və xoşbəxt olacağına işarə edir.

Yuxuda qırıq yumurta görmək

Bu cür yuxu görən şəxsin istək və arzuları tezliklə baş tutacaq. Yuxuda qırıq yumurta görmək yuxu sahibinin kimisə üzəcəyinə, bunun fərqinə varıb narahat və peşman olacağına işarədir.

Yuxuda ağ yumurta görmək

Yuxuda ağ yumurta görmək parlaq bir gələcək, gözəl iş imkanları deməkdir.

Yuxuda çoxlu yumurta görmək

Belə yuxu görmək yuxu sahibinin qarşısına müxtəlif iş imkanları çıxacağına, qərar verməmiş böyükləri ilə danışacağına işarədir. Yuxuda çoxlu yumurta görmək həmçinin hüzur və bərəkətdən xəbər verir. Yuxuda birdən çox yumurta görmək yuxu sahibinin başına bir çox fərqli iş imkanlarının gələcəyinə işarə edir. Ancaq bir xəbərdarlıqdır ki, qərar verməzdən əvvəl ailəsinin böyükləri ilə məsləhətləşsin.

Yuxuda yumurta sarısı görmək


Yuxuda yumurta sarısı görmək qızılın sarı rəngi deməkdir. Həm də yuxu görənin evliliyindən sarı bir övladı olacağına işarə edir.

Yuxuda çiy yumurta yemək

Yuxuda çiy yumurta yemək; yaxşı yozulmayıb. Yuxu görən insanın haqqı olmayan yeməyə, mal-dövlətə tamah salacağına, şeytanla həmkarlıq edib günahkar olacağına işarədir. Sərvət bu yollarla əldə ediləcək.

Yuxuda bişmiş yumurta görmək

Yozuculara görə, yuxunu görənin ailəsi ilə münasibətinin korlanacağına, böyüklərin köməyilə vəziyyətin düzələcəyinə dəlalət edir. Yuxuda bişmiş yumurta görmək təhsil və iş həyatındakı çətinləri dəf etmək anlamına gəlir.

Yuxuda lax yumurta görmək

Xeyirsiz, laqeyd övlad deməkdir. Yuxuda lax yumurta görən şəxs yozucuların fikrincə, problemli övlad sahibi olacaq. Bu, pis niyyətli insana işarədir. Belə yuxu görən insanın evi bolluq-bərəkət cəhətdən korluq çəkəcək.

Yuxuda yumurta görmək insanın hüzur dolu həyata sahib olacağından, evlilik həyatının gözəl keçəcəyindən xəbər verir.

Yuxuda yumurta görməyin mənası

Yuxu sahibi evlidirsə, uşağa, subaydırsa, evliliyə işarədir.

Yuxuda yumurta görməyin psixoloji izahı

Yuxu sahibi səhv dostlar seçdiyinə görə problemlərlə üzləşəcək.

Yuxuda yumurta ağı görmək

Yuxu sahibinin pullarının qarşıdakı günlərdə bitəcəyi anlamını verir.


Yuxuda yumurta düşürmək

Yuxuda əlindən yerə yumurta düşürdüyünü görən şəxs subaydırsa, qisməti bağlanacaq. Ailəlidirsə, ciddi problemlərlə üzləşəcək.

Yuxuda yumurta yığmaq


İş həyatındakı uğurlardan xəbər verir. Yuxuda yumurta yığmaq gözəl bir vəzifə deməkdir. Bəzi yuxu yozuculara görə, insanın rahat ömür sürəcəyinə işarədir.

Yuxuda yumurta bişirib yemək

Yuxuda yumurta qırıb yağda bişirdiyi görmək fərahlıq, sevinc, izzət, mənfəət əlamətidir. Durna yumurtası görmək miskin övlada işarədir.

Yuxuda yumurta qabığı yemək

Beləyuxu görən şəxs gizli məqamları ortaya çıxaracaq.

Yuxuda hində yumurta görmək

Başqaları tərəfindən yaxşı mənada qəbullanmaq deməkdir.

Yuxuda tutuquşu yumurtası görmək

Bu, ağıllı xidmətçiyə işarədir. Əlində təzə bişmiş yumurta görmək mal-mülkdən xəbər verir.

Yuxuda yumurta görmək nə anlama gəlir?


Yozuculara görə, zənginlik əlamətidir. Yuxuda yumurta görən şəxsin gələcək həyatında maddi və mənəvi anlamda qazanacağına işarədir. Yuxuda yumurta görən şəxs subaydırsa, evlənəcək, evlidirsə, övladı olacaq.

Yuxuda yumurta yemək

Yuxu sahibinin övladı olacağına işarədir. Yuxuda yumurta yediyini görən şəxs hamilədirsə, oğlu olacaq. Yuxuda yumurta yəm həm də pis əlamət sayılır. Ailədəki problemlərdən xəbər verir.

Yuxuda lap çox yumurta görmək

Yozuculara görə, bu, zənginlik, pul anlamına gəlir. Yuxuda çoxlu yumurta görmək gələcək xoşbəxtlikdən xəbər verir.

Yuxuda qucağına aldığın toyuğun yumurtlaması

Xeyirli bir övlad əlamətidir.

Yuxuda yumurta soymaq

Qaynadılmış yumurta soyan şəxs mal-mülk sahibi olacaq.

Yuxuda yumurta qırmaq

Bu, pis əlamət sayılır. Yuxuda yumurta qırdığını görən şəxsin uşaqları varsa, onların xəstələnəcəyinə, hətta xəstə uşağın öləcəyinə işarədir.

Yuxuda yumurta bişirmək

Bu yuxunu görənin yaşantılarının daha da sadələşəcəyinə dəlalət edir. Onun həyatındakı bəzi şeylər dəyişəcək. Öz ayaqları üzərində dayana biləcək.

Yuxuda tavada yumurta bişirmək


Belə yuxu görən şəxs yaxşı qərarlar verəcək və bunun sayəsində çoxlarını heyrətləndirəcək. Yuxuda tavada yumurta bişirmək insanın hər kəs tərəfindən sevilən şəxsə çevrilməsindən xəbər verir.

Yuxuda yumurta soymaq

Yuxunu görənin münasibətlərinin pis olduğu insanlarla anlaşacağı, hər şeyin yoluna düşəcəyi anlamını verir. Vacib qərarlara işarədir.

Yuxuda çatlamış yumurta görmək

Bu, yaxşı əlamət deyil. Bolluq, bərəkət, zənginlik, rifah deməkdir. Bütün problemlərin həll olunacağı anlamını verir.

Oxşar yuxu yozmaları: