1 İyun Uşaqların Müdafiəsi Günü - Təbrik şəkilləri və mesajlar
İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. İnsanlığın xoşbəxtliyi, dünyamızın gözəlləşməsi üçün dünyanın harasında olmağımızdan asılı olmayaraq uşaqlarımızın xoşbəxt və sağlıqlı olması diləyi ilə bütün uşaqların bayramını təbrik edirik. Xoşbəxt, sevincli, uğurlu bir həyat yolu arzu edirik.
Bu gün sizin gününüzdür əziz balacalar. Uşaqlar gününüz mübarək olsun!
Uşaqları qoruyaq - Onlar bizim gələcəyimizdir!
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü - Bayramınız mübarək əziz uşaqlar.
Mehriban balalar, əziz uşaqlar,
Bir İyun gününüz mübarək olsun!
Sülhlə, məhəbbətlə yansın ocaqlar,
Qəlbiniz sevinclə, fərəhlə dolsun!
Uşaqlar bizim ən qiymətli mənbəyimizdir.
Bu gün uşaqlar günüdür. Gününüz mübarək əziz uşaqlar.
Sizi Müdafiə Günüdür bu gün,
Atalı-analı, Vətənli olun.
Bütün günləriniz olsun toy-düyün,
Böyük əməllərlə, işlərlə dolun.
Azad ölkəmizdə indi siz uşaq,
Sizdən yetişəcək yazıçı, alim.
Sabah olacaqsız arxa və dayaq,
Mühəndis, diplomat, müəllim, həkim.
Yetişin Vətənə layiqli övlad,
Qoruyun hər qarış torpağı, daşı.
Adınız Vətənə yaraşan bir ad.
Ucalsın sizinlə Vətənin başı.
Üçrəngli bayrağı saxlayın uca,
Ox olub düşmənin gözünə batın.
Qoymayın Vətəndən yad quş da uça,
Vətəni satanı odlara atın!
Müəllif: Solmaz Şirin
Uşaqlar bu günün sabahı, sabahın isə ümididir.
Uşaqlar evin sevincidir. Bir ailə üçün xoşbəxtlik mənbəyidir. Böyümələri, inkişafı, ilk addımlarını atmaları və məktəbə başlamaları yaşanan ən böyük həyəcanlardan biridir.
Uşaqlar, dünyanın ən böyük səadətidir
Uşaqlar, görə bilmədiyimiz bir vaxta göndərdiyimiz canlı mesajlardır.
Uşaqların da xoş sözlər eşitmək hüququ vardır. Sevgi və şəfqətlə böyüdükdə özlərinə, ailələrinə, cəmiyyətə və bütün canlılara faydalı ola bilərlər.
Uşaqlar həyatımızı önəmli edənlərdir.
Dostlarınla paylaş:
34415 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (11)
1 iyuna aid mahnı yükləmək isdiyrem
1iyun cocuklar gününüv mübarek canlarim tebriklerr iyikin varsiziz icersinde ben olmakla
Salam xanım
1iyun uşaqlar bayramınız mübarək əziz uşaqlar sizi çox sevirik
1 iyun Bütün uşaqların xoşbəxt olmasının göstəricisidir.Hər şey tək bununla bitmir. Uşaqlar hər gün hər dəqiqə hər saniyə gözlərindən sevinc göz yaşları tökülməlidir
1 iyun şeyiri
Men 1-iyunu sebirsizlikle gözleyirem
1iyun bizim gündür
Həə məndə mahnı yukləmək istəyirəm amma olmur
Əla