14 Fevral - Sevgililər gününə aid təbrik mesajları 2024

Yenilənmə tarixi: 2024-02-12

Sevgililər günü ilə bağlı ən gözəl ithafları, etirafları bir yerə toplamışıq. Bu sözlər insana şövq verər, içindəki sevgini daha da qanadlandırar. Bu sözlərdən istifadə edərək sevgilinizə olan hisslərinizi bütövlükdə çatdıra bilərsiniz.

Sevgililər gününə aid təbrik mesajlarını və təbrik yazılı şəkilləri saytımızdan götürərək 14 Fevral günü sevgilinizə göndərə bilərsiniz. Eyni zamanda sevgililər günü üçün hazırladığımız sevgi dolu təbrik yazılı şəkilləri whatsapp statusda, instagram hesabınızda paylaşa bilərsiniz.

Ən gözəl sevgililər günü mesajları

14 Fevral

Səni tanımadan keçirdiyim günlər çox uzaqdadır, sən bu günlərə doğan günəş kimi həyat mənbəyisən. Yaxşı ki, varsan, sevgilim.

Gülmək səninlə başladı, səninlə yaşamağı öyrəndim. 14 fevral günümüz mübarək.

Mənə gətirdiklərinə görə günlərim şükr etməklə keçir. Həyatıma rəng qatdığın üçün çox xoşbəxtəm.

Sən mənim aldığım nəfəsim, sən qəlbimin tək sahibi sevgilimsən. Canım sevgilim 14 fevral sevgililər günümüz mübarək olsun!

Sevgililər gününə aid sözlər

Mənim olmağın üçün çox çalışdım. Bunun nəticəsi kimi indi qollarımdasan. Çox gözəl duyğudur. Sevgililər günün mübarək.

Səndən ötrü hər şey edərəm. Sevgimi ishar etmək üçün bir qucaq gül, bir otaq dolusu hədiyyə kifayət etmir.

Xəyalınla yaşadığım günlərdən sonra qovuşmaq çox gözəldir. Səsinə, əllərinə, gülüşünə həsrət qaldıqdan sonra Sevgililər günü bizim üçün cənnət bağçasıdır.

14 Fevral - Sevgililər günü mesajları 2022

Sən günəşin doğduğu, qaranlığın bitdiyi yerdəsən. Sən həmişə qəlbimdə yatan tək sevgilimsən. Sevgililər günün mübarək olsun!

Bütün mövsümləri bir gündə, bütün illəri bir mövsümdə yaşamağa razıyam səninlə.. Daha neçə gözəl sevgililər gününü birlikdə keçirmək arzusuyla.

Sevgililər günün mübarək

Həyatımız çay kimi birlikdə axıb gedir. Günlərim səninlə başlayır, səninlə bitir. Başqa heç nə istəmirəm. Günümüz mübarək!

Bir-birimizi ilk gördüyümüz andan başlayan nağıl, film kimidir sevgimiz. Daim gözəl anlar yaşayacağımızı, hər sıxıntını bölüşəcəyimizi hiss edərək daha da güclənirəm. Sevgililər günün mübarək.

14 Fevral mesajları

Gözəl günləri, çətin anları, başlanğıcları bölüşərək böyüyürük. Hər şeyin öhdəsindən birlikdə gələcəyik. Günümüz mübarək olsun.

Sevgililər günü sözləri

Mənə kimsə sənin kimi baxıb ya yox bilmirəm, amma mən kimsəyə sənə baxdığım kimi baxmadım. Sevgililər günün mübarək olsun canım aşkım!

Ən təsirli sevgililər günü təbrikləri

Sevgililər günü üçün yazılı şəkil

Bitməsini istəmədiyim mahnı kimi sevgimizdən doymuram. Daim yanında olmaq istəyirəm. Yaxşı ki, varsan, əzizim.

Sevginin sehri, enerjisi bir toxunuşda gizlənib. Bu toxunuşdan məhrum olmadığıma görə sənə minnətdaram. Sevgililər Günün mübarək.

14 Fevral sözləri 2023

Göydən enən ulduz kimi həyatıma gəldin. Daim mənə verdiyin xoşbəxtliklə parılda, sevgilim. 14 fevral günün mübarək.

Sevgililər gününə aid qız və oğlan şəkli

Romantik şeirlərdə, şam işığında, tətil planlarında daim sən varsan. Həyatımda olduğun üçün çox məmnunam. Sevgililər Günün mübarək.

Ən qiymətli varlığım oldun, xəzinəmə çevrildin. Həyatımdakı əksikliyin səbəbini indi yaxşı anlayıram. Sevgililər günümüz mübarək.

Yaralarımı sarıyan, əlimdən tutub qaldıran sevgilim! Sənin eşqinə layiq olduğum üçün xoşbəxtəm. Sevgililər Günün mübarək.

14 fevrala aid şəkil

Sənsiz qaldığım bu qədər zamana etiraz edirəm. Sənin eşqin olmadan yaşaya bilmərəm. Sevgililər Günümüz mübarək.

Məni həmişə xoşbəxt etmisən. Sevgimizi, gözəl anlarımızı xatırlayarkən dilim tutulur. Buna görə sənə minnətdaram.

14 Fevral Sevgililər günü

Neçə-neçə 14 fevrallarda səninlə olmaq, qollarında gülümsəmək... Bundan savayı nə istəyə bilərəm ki? Günümüz mübarək!

14 fevral təbrikləri

Səninlə dağları aşıb yeni mənzərələr görmək istəyirəm. Tanımadığımız bulaqlardan su içib, eşitmədiyimiz musiqilərə qulaq asaq. Sevgililər Günün mübarək.

İlin bir gününü bütövlükdə sənə ayırmaq istəyirəm, gözəl rənglər, çiçəklər, ərmağanlar... Sənə olan sevgim baxışlarımdadır, gözlərimdən oxuya bilərsən. Sevgililər Günümüz mübarək.

Sevgililər Günümüz mübarək mesajları 2022

Kitablarla dolu həyatımız, isti bir evimiz olsun. Səyahət edək, gözəl anlar yaşayaq. Mənimlə birlikdə olub əlimdən tutarsanmı?

Niyə sözlərim uçub gedir? Çünki sən və sevgi mənə bunu edirsiniz. Sevgililər Günümüz mübarək!


Sevgililər günümüz mübarək

Əllərini tutduğum hər an mənim üçün sevgililər günüdür. Ağlımı başımdan alırsan. 14 fevral bayramın mübarək.

İlin ən sevgi dolu günü gəldi və yanımda olduğun üçün xoşbəxtəm. 14 fevral səninlə daha isti və mənalıdır. Yaxşı ki, varsan.

Səni sevərkən yaşadığım o gözəl duyğulara görə şükr edirəm. Qüdrətli sevgimiz daim var olsun, günümüz mübarək.

Əllərimizin bir-birini tutduğu müddətdə gözəl anlar yaşayacağıq. Sən mənim yanımdasansa, daha da güclü olacağam. Bir gülüşünə hər şeyimi qurban verərəm. Sevgililər günün mübarək, əzizim.

Sevgilim sevgililər günün mübarək

Səni sevdiyim qədər yaşaya biləcəyimi bilsəm, ölümsüzlüyün adı sevgi olardı. Günümüz mübarək.

Səninlə tanış olduğum gün günəşin qaranlığı yox etdiyi gün idi. Sən qəlbimin tək sahibisən. Səni sevirəm.

Gözlərinin işıltısı, səsinin ahəngi mənə ən böyük hədiyyədir. Bütün xəyallarım, ümidlərim səndən ibarətdir. Yaxşı ki, varsan.

Səni sevmək mənim üçün nəfəs almaq qədər vacibdir. Səni ölənədək eyni məhəbbətlə sevəcəyəm.

Ən romantik 14 fevral təbrikləri

aşkım sevgililər günün mübarək

Həyat arzulamadan, arzulamaq sevmədən, sevgi sən olmadan əbəsdir. Unutma, sevgi hər saniyə birlikdə olmaq yox, sənin yoxluğunda belə varlığını ürəyində hiss etməkdir. Yanında olmasam da, kölgən qədər yaxınam sənə. Sevgililər Günün mübarək.

Paylaşdıqca çoxalan sevgimizi eyni həssaslıqla qoruyaq və əllərimizi bir-birindən çəkməyək. Sevgililər Günümüz mübarək!

Səni sevmək həyat qədər vacib, su qədər həyatidir. Sən yanımda olarkən bu anın heç vaxt bitməməsini arzulayıram. Sənə olan sevgimi sözlərlə izah edə bilmərəm. Sevgililər Günün mübarək, əzizim.

Göy qurşağının sonunda bir xəzinə gizlənib. Mənim göy qurşağım səndədir. Sən mənim tükənməz xəzinəmsən. Sevgililər Günün mübarək.

sevgiliyə göndərmək üçün şəki fevral şəkli

Mavi geyinsəm bulud olaram, yaşıl geyinsəm bahar olaram, bir gün ağ geyinib sənin olaram. Bütün xəyallarımda sən varsan. Günün mübarək.

Hər çarəsizliyə mənimlə meydan oxu, mənimlə yat, mənimlə oyan. Sən mənim ümidimsən, məni tək qoyma. Səni sevirəm.

Mənə xəyal qurmağı sevdirən sənsən. Məni hüzurlu edən gözlərindir. Mənə həyatı sevdirən gülüşündür. Yaxşı ki, varsan.

İndiyədək mənə çox şey öyrədiblər, amma sənsiz keçən anların ölüm qədər qaranlıq, iztirablı, soyuq olduğunu öyrədən olmamışdı. Məni tək qoyma, sevgilim. Sevgililər Günümüz mübarək.

Sevgililər günü təbrik mesajları axtar

Məni qaranlıqdan aydınlığa çıxaran sənsən. Məni ümidsizlikdən çıxarıb gözəl xəyallar qurmağa öyrətdin. Həyatıma rəng qatdın, üzümü güldürdün. Sevgililər günün mübarək, əzizim.

Dünyanın harasında olursan ol, eyni göy üzünə baxdığımız müddətdə həmişə səni sevəcəyəm. Sənin ürəyində olduqca sənsiz yaşaya bilməyəcəyimi bir daha anlayıram. Sevgililər Günün mübarək.

Gözlərin gözlərimdə, əllərin əllərimdə, ruhun mənim bədənimdə olduğu müddətdə səni sevəcəyəm. Bu məhəbbət əsla bitməyəcək!

Sən bu şəhəri, ölkəni, dünyanı gözəlləşdirmisən. Qəlbimdə özünə taxt qurmusan. Sən mənim sevgilim, sevimli həyat yoldaşımsan.Sevgililər Günün mübarək!

Sevgililər günü səni sevirəm

Sən varkən həyatımda başqa nəsə istəmirəm. Sənin fərqin məhz budur. Yaxşı ki, varsan, sevgilim.

Səninlə bütün fırtınalara, qaranlıqlara, çətinliklərə birgə sinə gərməyə hazıram. Səni hər zaman eyni məhəbbətlə sevəcəyəm. 14 fevral günün mübarək.

Sevgililər günü hədiyyə

Səni dünyadakı bütün ulduzlar qədər, bütün qum dənəcikləri qədər, ucsuz-bucaqsız dənizlər qədər sevirəm. Hər Sevgililər Gününü sənin qollarında keçirmək istəyirəm. Yaxşı ki, mənimsən.

Yanımda olduğun hər an çox gözəldir. Bu gün də həmin gözəl günlərdən biri olacaq. Sevgililər Günün mübarək, əzizim. Daim əllərini tutmaq, saçlarını oxşamaq istəyirəm.

şar və sevgililər günü

Bir çox insan tanıdım, ulduzlara bənzəyirdilər, amma mən səni seçdim. Çünki sən günəşsən. Günəşə görə bütün ulduzlardan imtina etdim. Sevgililər Günümüz mübarək.

Sevgililər gününə aid digər paylaşımlarımız:

Məqaləyə emosiya bildir:
3 il əvvəl
56967 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (9)
Nilay (4 ay əvvəl)
Bəli qəşəng sözlərdi amma sevilisi olanlar üçün
azade əliyev (1 il əvvəl)
Bunlara sevgilisi olanlar hhaxib xodbext ola biler əksine sevgilisi olmuyanlar baxir üreyi daglanir
Fira (1 il əvvəl)
Sac
Rahib (1 il əvvəl)
Xanimlara ayid sozler
Xedice (1 il əvvəl)
Çox super
vüsalə (1 il əvvəl)
Biz dəli cəsinə bir birimizi sevirik
Əşrəf (2 il əvvəl)
Bu sevgililər günü Valentin dediyiniz şəxsə bağlıdı. Valentin isə cəmiyyətdə pozğunluğu yaydığı üçün imperator tərəfindən öldürülüb. Siz düz deyirsiz ki, pozğunluğu yayan şəzsin adı ilə bağlı olan bir ənənəni öz cəmiyyətiməzdə təbliğ etmək günahdı. İlham və Fərizənin evlilik gününü qeyd etmək də, cəmiyyətimizi intiharı təbliğ etməklə marifləndirmiş oluruq?Qurani Kərimdə Allah birmənalı olaraq intiharı haram buyurub. Əsl sevgililər günü Əli əl. və xanım Fatimənin izdivac günüdü.
Sq (3 il əvvəl)
Kim deyir ki, eşq uğruna ölmək çətindir? Uğruna ölünəcək eşq tapmaq çətindir.
Sq (3 il əvvəl)
Bəlkə də eşq, Ona "səni çox sevirəm" demək deyil də, özünə "birini çox sevirəm" deyə bilməkdir.
Oxşar yazılar
28 May Respublika Günü sözləri 2022
28 May günü Azərbaycan xalqı üçün əziz gündür. 1918-ci il mayın 28-də qəbul edilən...
  • 1 il əvvəl
  • 9835
Doğum günü tortunun üzərinə yazılacaq ən gözəl sözlər
Doğum günü bir insanın özünü xüsusi etdiyi günlərdən biridir. İnsan öz doğum...
  • 1 il əvvəl
  • 41113
Sevgililər və yeni evlilər üçün aydönümü mesajları
Ən gözəl ay dönümü mesajları, sevgilinizə göndərmək üçün həmçinin yeni evlilər...
  • 1 il əvvəl
  • 18108
Hədiyyə üzərinə yazıla biləcək ən gözəl yazılar
Dostlara, sevgiliyə və digər doğma insanlara veriləcək hədiyyələrin üzərinə yazılacaq...
  • 1 il əvvəl
  • 16979
Qayınataya ad günü təbrikləri
Qayınatanın doğum günü ilə bağlı təbrik mesajlarını bir araya toplamışıq. Onları...
  • 6 ay əvvəl
  • 35136
Qayınana üçün doğum günü mesajları
Qayınanaları təbrik etmək üçün ən gözəl mesajları bir yerə toplamışıq. Onları...
  • 8 ay əvvəl
  • 30062