15 iyun Milli Qurtuluş Günü - Statusda paylaşmaq üçün videolar

15 iyun Milli Qurtuluş Günü - Statusda paylaşmaq üçün videolar

Yenilənmə tarixi: 2022-06-12

15 iyun - Milli Qurtuluş Günüdür. Bu gün xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan xalqının milli qurtuluş günü — Azərbaycan Respublikasında rəsmi bayramlardan biridir. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir.

15 iyun Milli Qurtuluş Gününə aid videoları bir məqalədə topladıq. 15 iyun videolarını onlayn izləyə və ya telefonunuza endirərək whatsapp status və ya instagram story-də paylaşa bilərsiniz.

Milli Qurtuluş Gününə aid videolar

"Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik. Biz özümüz, öz taleyimizin sahibiyik. Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir." (Heydər Əliyev)

poster
00:12

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

poster
00:22

Ulu öndərin - “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” kəlamı onun bütün ömrünün mənasını təşkil etmişdir.

poster
00:11

Gün gələcək müstəqilliyimizin, suverenliyimizin ifadəsi olan bayrağımız işğaldan azad edəcəyimiz ərazilərdə də əzəmətlə dalğalanacaq.

poster
00:26

Sən elə bir zirvəsən, küləklər neyləyəcək,
Dünənim, bu günümsən, səninlədir gələcək.
Nə qədər Azərbaycan, nə qədər bu millət var,
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!

poster
00:38

15 iyun Milli Qurtuluş Gününüz mübarək olsun.

poster
00:15

Ulu öndər Heydər Əliyevdən gözəl, təsirli sözlər!

poster
00:25

15 iyun Milli qurtuluş günü haqqında qısa məlumat

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Milli qurtuluş gününün xalqımız üçün dəyəri

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Xalqımız tarixi bir bayram - Milli Qurtuluş Günü ərəfəsindədir. Bu bayram münasibəti ilə respublikamızın regionlarında 15 iyun Milli Qurtuluş Günü geniş şəkildə qeyd edilir. YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov 15 iyunun Azərbaycan xalqının tarixində mühüm hadisələrdən olduğunu qeyd etdi: "Qurtuluşdan başlanan inkişaf və tərəqqi bu gün daha da sürətlənib. Ümummilli liderimiz Heydər Əliyevin vurğuladığı kimi, Azərbaycan demokratiya prinsipləri, demokratik iqtisadiyyat sahəsində başqa dövlət üçün nümunə olub."

Məqaləyə emosiya bildir:
3 il əvvəl
9890 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Sevgi qeydləri - Ən şirin sevgi mesajları
Ən gözəl sevgi sözcükləri, sevgi mesajları, sevgiliyə yazmaq üçün mənalı sevgi...
  • 10 ay əvvəl
  • 14540
Azanla əlaqəli sözlər
Azan haqqında olan ən gözəl və mənalı sözləri sizə təqdim edirik. Azan islamın...
  • 11 ay əvvəl
  • 7582
Instagram-da fotolara yaza biləcəyiniz sevgi sözləri
Sevgi hisslərinizi göstərmək üçün Instagram-da fotolarınıza yaza biləcəyiniz sevgi...
  • 11 ay əvvəl
  • 9435
Xoş gəldin, may mesajları
Mayın gəlişi ilə bağlı yazılı şəkillər hazırlamışıq. Bunları Whatsapp durumunuzda...
  • 12 ay əvvəl
  • 7983
Qız övladı haqqında gözəl sözlər
Atanın qız övladı üçün whatsapp statusda paylaşmaq üçün gözəl sözlər. Anadan...
  • 1 il əvvəl
  • 24204
Facebook üçün qısa statuslar
Milyonlarla insan bir-biri ilə əlaqə saxlamaq və hisslərini bölüşmək üçün Facebook-dan...
  • 1 il əvvəl
  • 10566