1993-cü ilin 15 iyunu olmasaydı, bugünkü güclü Azərbaycan olmazdı -  ŞƏRH

1993-cü ilin 15 iyunu olmasaydı, bugünkü güclü Azərbaycan olmazdı - ŞƏRH

O xalq xoşbəxtdir ki, çətin vaxtında, taleyüklü günlərində üz tutacağı lideri olur. O lider ki, bütün risklərə, təhdidlərə rəğmən, xalqının səsinə səs verir, onu dalana salmaq istəyənlərə, xoşbəxtlikdən, rifahdan məhrum etməyə çalışanlara tarixi dərs verir. Müstəqilliyinin ilk illərində naşıların, xarici düşmənlərin bəd niyyətləri sayəsində çox çətin vəziyyətlə üzləşən Azərbaycan xalqının da müstəsna təfəkkürə, geniş siyasi təcrübəyə malik liderə ehtiyacı yaranmışdı. Həmin lider məhz Heydər Əliyev idi. Azərbaycan xalqı ölkəni çətin vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyətin Ulu Öndərin olduğuna inanırdı. Beləliklə, Heydər Əliyev xalqının səsini eşitdi, Bakıya qayıtdı, 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilərək Azərbaycanı xilas etmək missiyasını öz üzərinə götürdü. Həmin gün müstəqil Azərbaycan öz inkişaf yoluna qədəm qoydu.

Bu fikirləri AZƏRTAC-a siyasi şərhçi Emin Bağırov söyləyib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev bu siyasi geridönüşlə xalqın xilaskarına çevrildi, müstəqil Azərbaycanı uçurumun astanasından çıxararaq sabitliyə, inkişafa doğru aparmağı bacardı. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı təkcə Azərbaycan dövlətçiliyini xilas etmədi, həm də ölkəmizi dünya birliyinin nüfuzlu üzvünə çevirdi. Azərbaycançılıq ideyasının hazırlanmasında, təbliğində və yayılmasında mühüm işlər gördü, uğurlu nəticələr əldə edilməsinə şərait yaradan dərin və genişmiqyaslı islahatlar həyata keçirdi. Bu gün hamımız Ulu Öndərin vaxtında təməlini qoyduğu və həyata keçirdiyi siyasətin bəhrələrini görürük.

Azadlıq və müstəqillik həm hər bir vətəndaş, həm də xalqlar və millətlər üçün əvəzsiz sərvətdir. İllərlə azadlığımızı, müstəqilliyimizi gözlədik, vuruşduq, Vətən uğrunda minlərlə şəhid verdik. Azadlıq və müstəqilliyi əldə etmək nə qədər çətin olsa da, onu qoruyub saxlamaq bir o qədər çətindir. Həm də güclü dövlət qurmaq istəyirdik, çünki güclü dövlət olmayan yerdə nə azadlıq var, nə də müstəqillik. Dövləti olmayan xalq da məhvə məhkumdur. Dövlətçiliyi saxlamaq isə Azərbaycan xalqının azadlığı, müstəqilliyi deməkdir.

Bu bir həqiqətdir ki, Heydər Əliyev Azərbaycanın qorunması, möhkəmlənməsi və çiçəklənməsi üçün mümkün olan və mümkün olmayan hər şeyi etdi. Qısa müddətdə müdrik və düzgün fəaliyyəti ilə ölkədə sosial gərginliyi aradan qaldıra, vətəndaş müharibəsinin qarşısını ala bildi. O, həmçinin beynəlxalq norma və prinsiplərə uyğun müstəqil və güclü dövlət quruculuğu prosesinə başladı, ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında müsbət dəyişikliklərə şərait yaratdı. Bütün bunlar ona gətirib çıxardı ki, ölkəmiz tədricən, addım-addım müstəqil, güclü və inkişaf edən dövlət kimi formalaşmağa başladı.

Ulu Öndər yalnız müstəqilliyi əldə etməyi əsas şərt hesab etmirdi. Əbədi müstəqilliyi təmin edəcək addımlar haqqında düşünürdü. Vətəninə bağlılıq, xalqa sevgi kimi müqəddəs dəyərlərin daşıyıcısı olan Ümummilli Liderin alqışa layiq atdığı ilk addım Azərbaycanın üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən dövlət bayrağı kimi qəbul edilməsi oldu. Heydər Əliyev atributlara Azərbaycanın dünya birliyi tərəfindən tanınmasını, müstəqil dövlətlər sırasında olmasını şərtləndirəcək hüquqi status verməyə çalışırdı. Bölgənin sabitliyi, inkişafı və təhlükəsizliyini düşünərək 1994-cü ildə atəşkəs sazişini, daha sonra isə “Əsrin müqaviləsi”ni imzaladı. Heydər Əliyev andına sadiq, Vətənin müstəqilliyi, xalqının azadlığı uğrunda canından keçməyə hazır olan Prezident olduğunu nümayiş etdirdi. Çətin məqamda o, əvvəlki rəhbərlər kimi ictimai postunu tərk etmədi, xalqını, Vətənini darda qoymadı. Dövlət başçısının qətiyyəti xalqı ruhlandırdı, gələcəyə inamını bərpa etdi. Sabitlik yaratdı, ölkəni inkişaf relsinə çıxardı.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün aydın ideoloji məqsəd seçdi və özünün uzaqgörən və müdrik siyasəti ilə ümumi inkişafı keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Onun 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini özündə ehtiva edən ideyanın - azərbaycançılığın formalaşmasına və inkişafına misilsiz təsir göstərdi. Heydər Əliyev məhz ona ən çox ehtiyac duyulduğu anda hakimiyyətə gəldi. Xalqımızın ictimai-siyasi həyatında Ümummilli Liderin rolu və əhəmiyyəti o qədər böyükdür ki, onun keçdiyi həyat yolu, idarəçilik fəlsəfəsi, səriştə və nüfuzu bioqraflar və tarixçilər tərəfindən hələ uzun illər araşdırılacaq.

Böyük xilaskara xalqın ehtiramı sonsuzdur. Xalqına çətin anlarda nəinki dəstək olmağı, həm də onu doğru yola yönəltməyi bacaran Liderdən insanlar heyranlıqla, hərarətlə danışırlar. Ümummilli Liderin həyata keçirdiyi bütün addımlar və qərarlar müstəsna olaraq xalqın və Vətənin mənafeyi naminə olmuşdu.

Onun adı həm də ölkəmizin uğurlu diplomatiyası və Bakının beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə bağlıdır. Heydər Əliyev Azərbaycanı Cənubi Qafqazda siyasi və iqtisadi proseslərdə əsas rol oynayan ölkə kimi formalaşdırmağa nail oldu. Onun xarici siyasət strategiyasında müxtəlif vektorların - Qərb və Şərq, Şimal və Cənub istiqamətlərinin vəhdəti Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə mövqeyinə töhfə verdi. Dahi siyasətçinin müdrik diplomatiyası sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdı, dünya miqyasında layiqli mövqe tutdu, bir çox dövlətlərlə əlaqələri uğurla inkişaf etdirdi.

Emin Bağırov sonda qeyd edib ki, Ulu Öndər XX əsrin ən parlaq və nadir şəxsiyyətlərindəndir, zəkası və istedadı, yüksək intellekti, erudisiyası, siyasi uzaqgörənliyi və müstəsna təşkilatçılıq bacarığı nəsillərə misilsiz örnəkdir. Biz əminliklə deyə bilərik - 1993-cü ilin 15 iyunu olmasaydı, bugünkü güclü Azərbaycan da olmazdı. Xilaskarımızın böyük əməlləri, yaratdığı dövlət əbədi yaşayacaq, parlaq ideyaları gələcək nəsillərin yoluna daim işıq saçacaq!

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
410 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Livanın cənubunda silsilə partlayışlar baş verib
İsrailin Livanın Adlyun kəndində və qonşu ərazilərdəki sursat anbarına endirdiyi...
  • 5 saat əvvəl
  • 35
Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul...
  • 6 saat əvvəl
  • 44
Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə...
  • 7 saat əvvəl
  • 53
Göbələk depressiyadan qurtulmağa kömək edir
Alimlər göbələyin tərkibindəki “psilosibin” adlı maddənin depressiyanın...
  • 9 saat əvvəl
  • 59
Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb
Boliviya - Çili sərhədi yaxınlığında avtobus və yük maşınının iştirakı ilə...
  • 10 saat əvvəl
  • 70
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib.AZƏRTAC xəər verir ki, bu barədə...
  • 10 saat əvvəl
  • 63