20 yanvar faciəsini unutmadıq! Ehtiramla anırıq!

Yenilənmə tarixi: 2022-01-15

Damarında Azərbaycan qanı axan hər bir vətən övladı üçün 20 yanvar faciəsini anmaq həm çətindir, həm də şərəflidir!

20 Yanvar haqqında şəkillər, 20 Yanvar faciəsinə aid statuslar, Qanlı yanvar sözləri bu məqaləmizdən götürərək öz Whatsapp statusunuzda paylaşa bilərsiniz.

Vətən uğrunda, torpaq uğrunda canlarından keçmiş 20 yanvar şəhidlərinə Allahdan rəhmət diləyirik. Biz sizi unutmadıq və dünya durduqca heç zaman da unudulmayacaqsınız.

20 yanvar faciəsini unutduqmamaq və unutdurmamaq üçün siz də şəkilləri və 20 yanvar haqqında deyilmiş sözləri sosial şəbəkələrdə paylaşa bilərsiniz. 20 yanvar haqqında olan şəkilləri telefonunuza yükləyərək dostlarınızla paylaşa bilərsiniz.

20 yanvar haqqında statuslar

20 yanvar qanlı yanvar

Hər şey dəyişdi, heç nə unudulmadı!

İlham Əliyevin 20 yanvar haqqında paylaşdığı şəkil

Biz sizə gəldik şəhidlər.

20 yanvar faciəsini unutmadıq!

Duyun ey şəhidlər intiqamınınız alındı!

qərənfil və xarı bülbül

Biz var olduqca yaddaşlardan silinməyəcək!

müstəqilliyimiz əbədidir 20 yanvar

20 Yanvar - Milli Qürur Günümüz!

20 Yanvar - Milli Qürur Günümüz!

20 Yanvar hadisəsindən 32 il keçir!

20 yanvar şəhidlərini anırıq!

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanları qürurla anırıq!

20 yanvar 31 il ötür

Qanlı yanvar faciəsindən 31 il ötür. Allah rəhmət eləsin bütün şəhidlərimizə!

20 yanvar haqqında statuslar

Vətəni sevmək nə kişi işidir, nə qadın... Vətəni sevmək ürək işidir..

Qanlı yanvar

Bağışlıyın "Şəhidlər" sizi ancaq bu gün yada salırıq :(

20 yanvar faciəsindən 32 il ötür

Məkanın Cənnət, Ruhun şad, Şəhadət mərtəbən xeyirli olsun Şəhidim..

20 yanvar sözləri

Allahım sən özü bizim xalqımızı qoru.

Uğrunda qan tökülən torpağa VƏTƏN deyilir.

Uğrunda qan tökülən torpağa VƏTƏN deyilir

Mən əminəmki gələn il bu vaxt Şəhidlərimizin ruhunu Qarabağda yad edəcəyik..! (Bu status keçən il yazılıb, Şükür Allaha Qarabağımıza qovuşmuşuq)

20 yanvar şəhidləri

20 yanvar faciəsində gözünü belə qıpmadan öz canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

20 yanvar faciəsi şəkilləri

Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm varmı?

20 Yanvara aid şəkillər yüklə 2022

20 Yanvar haqqında foto yüklə

Bəxtiyar Vahabzadə - Şəhidlər şeiri

Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.

Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.

O şənbə gecəsi, o qətl günü, –
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.

Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi şəhidlər.

Dözdü hər zillətə, dözdü hər şeyə,
"Dünyada mənim də haqqım var”, – deyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.

İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.


ən təsirli 20 yanvar şəkli

İçimdə bir mərəz, xəstəliyim var
Od vurub qəlbimə İyirmi Yanvar
O qanlı günləri xatırlayanda
Yaş gəlir gözlərdən biixtiyar

Sovet rejiminin sifarişiylə
Qəddar Qorboçovun göstərişiylə
Yerli əhaliyə divan tutuldu
Avtomat, pulemyot atəşi ilə

Atəşə tuş gələn, qoçaqlar da var
Qadınlar, qocalar, uşaqlar da var.
Zirehli tankların çarxları altda
Kəsilmiş ayaqlar, əllər də var

Azadlığın yolunu seçən xalqımız
Şəhadət şərbətin içən xalqimiz
Əlyalın, silahsız düşmənə qarşı
Öz şirin canindan keçən xalqimiz.

Nəzər sal Vətənin torpaq, daşına
Nə çox müsibətlər gəlib başına
O keçən günləri unutmaq olmaz
Tarixin həkk olub qan yaddaşina.

ən yaxşı 20 yanvar şəkli

İyirmi yanvarda, o qanlı gündə
Əsarət ipini qırdı şəhidlər.
Hüseyni duruşla qalxıb ayağa
Zilləti izzətlə vurdu şəhidlər.

20 Yanvara aid şəkillər

tariximizi unutmadıq 20 yanvar 1990

Şəhidlik - əbədi bir həyat demək,
Şəhidlik - əbədi səadət demək,
Şəhidlik cihaddır - ibadət demək
Səf-səf ibadətə durdu şəhidlər.

Ehtiramla anırıq 20 yanvar

"...Onlar diridirlər..." - Quran ayəsi
Şəhidin qanıdır hürlük mayası.
Azadlıq! - məqsədi, amal, qayəsi
Bu yolda canını verdi şəhidlər.

qanlı yanvar şəkli yüklə

Əsrlərdən bəri o qanlı bayraq
Hay salır, hayqırır dalğalanaraq.
Haqsızın önünü haqla alaraq
Haqqın qalasını qurdu şəhidlər.

31 il ötür 20 yanvar

Zamanın sahibi (ə.f.) gələydi ey kaş,
Bizləri nökəri biləydi ey kaş,
Yolunda canımız öləydi ey kaş
Necə Kərbəlada öldü şəhidlər.

Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda Vətən!

Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda Vətən!

20 yanvar faciəsi

20 yanvar fotosu endir

O gecə qaranlıq çökmüşdü yerə,
Tarix milyon kərə təkrarlanırdı..!
Bulud yaşmağını örtdü göylərə
Ulduz utanırdı,ay utanırdı.

qanlı tarix şəkli


Ən təsirli 20 Yanvar şeirləri

Körpələr üstünə tank yeriyirdi,
Qanlı gölməçələr addımbaşıydı..
O soyuq gecədə buz əriyirdi,
Donan gözlərdəki acı yaşıydı!

Ən təsirli 20 Yanvar şeirləri

Tariximizin qəhrəmanlıq səhifəsi

Göz içində bayraq

Hüzn gününə aid şəkli

matəm lent şəkli

Qərənfil şəkli

20 yanvar qərənfil şəkli

20 Yanvar haqqında digər məqalələrimiz:

Məqaləyə emosiya bildir:
4 il əvvəl
35129 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (5)
QARABAG AZERBAYCANDİR (2 ay əvvəl)
QERENFİLER QOSADİ İKİSİ BAS BASADİ SİZDEN QALAN GUNLEİ QERENFİLİM YASADİ AGLA QERENFİLİM AGLA HEYAT SİRİN YOL CETİN OLUM UCUZ CAN BAHA BAS QALDİRİB AGRİLAR DOZMUR UREKLER DAHA
QARABAG AZERBAYCANDİR (2 ay əvvəl)
20 YANVAR BİZİM QAN YADASİMİZDİR QAN YADSİMİZİ. UNTMARİQ UNUTURMARİQ
QARABAG AZERBAYCANDİR (2 ay əvvəl)
ilk oncə allah butun sehidlerimize rhmet elesin amin 2 olaraq onlar bize qarsi ne qeder etdileerse yene azerbaycan xalqinin iradesini qira bilmediler sonunda iseazerbaycan xalqi oz zefer tarixini yazdi ali bas komandirimizin dediyi kimi qarabag azeraycandir
Medine (1 il əvvəl)
Allah butun sehidleri rehmet elesin biz onlari hec zaman unutmayacayiq
Medine (1 il əvvəl)
Allah butun sehidleri rehmet elesin
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 3 ay əvvəl
  • 936
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 5 ay əvvəl
  • 1272
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 6 ay əvvəl
  • 1636
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 7 ay əvvəl
  • 1037
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 9 ay əvvəl
  • 2004
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 9 ay əvvəl
  • 4396