2022 Ramazan nə zaman? Orucluq nə vaxt başlayır?
2022-ci ilin Ramazan ayı nə vaxt başlayır? Ramazan Bayramı 2022-ci ildə neçə gündür? 2022-ci ilin dini günləri açıqlanıb. Ramazan ayı aprelin 2-nə təsadüf edir.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayı ilə əlaqədar fətva verib.
Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı müjdələyir, Allah-Təaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik.
Ramazan ayının ilk günü nə zamandır?
Orucluq nə zaman bitəcək? Ramazan bayramı nə zamandır?
2022-ci ildə aprelin 2-də başlayan oruc mayın 1-də başa çatacaq. 2 may Ramazan bayramının 1-ci günüdür.
2022 Ramazan ayı təqvimi, iftar və imsak vaxtları nə zamandır?
Ramazan ayının gəlişi ilə əlaqədar saytımızda xüxusi bölmə yaradılmışdır. Aşağıdakı linkə daxil olaraq bu ilin Ramazan təqvimini görə bilərsiniz.
Eyni zamanda həmin bölmədə gündəlik Ramazan duaları, Ramazan təbrikləri və Orucluq haqqında maraqlı məqalələr əldə edə bilərsiniz.
Ramazanda önəmli günlər...
Ramazan ayının başlanğıcı - 2 aprel 2022-ci il, şənbə
Qədr Gecəsi – Çərşənbə, 27 aprel 2022
Fitr bayramı gecəsi - bazar günü, 1 may 2022-ci il
Ramazan Bayramı Günü 1- Bazar ertəsi, 2 May 2022
Ramazan Bayramı Günü 2 - Çərşənbə axşamı, 3 May 2022
Ramazan Bayramı Günü 3 - Çərşənbə, 4 May 2022
2022 Ramazan bayramı neçə gün tətil olacaq?
Bu suala cavab olaraq fətvada qeyd edilib: "Ramazan ayının başlanma və bayram günü tarixləri Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən müəyyən edilir. Azərbaycan dövlətinin Ramazan və Qurban bayramlarına ehtiramının göstəricisi kimi bu günlər təqvimdə bayram günü kimi qeyd edilir. Uca Allahın köməyi ilə, mübarək bayram günlərinədək xəstəlik fəsadları aradan qalxar, inşallah! Bu il ölkədəki xüsusi karantin rejiminin müddətinə dair Azərbaycan hökumətinin verəcəyi qərardan çıxış edərək bayram namazı ilə bağlı sizləri əlavə məlumatlandıracağıq."
Allah bütün oruc tutanların oruclarını qəbul etsin. Amin.
ilk.az kollektivi olaraq Ramazan ayı müddətində "Oruc", "Oruc tutmaq", "Ramazan təbrikləri" və s. mövzularda məqalələr paylaşacıq.
Dostlarınla paylaş:
9201 dəfə oxundu
ilk.az-çılar nə deyir?