26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə aid təbrik mesajları və şəkillər
Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi.
Silahlı Qüvvələr günü münasibəti ilə biz də bir məqalə paylaşmaq istədik. Whatsapp statusunuzda, Instagram hesabınızda paylaşa biləcəyiniz 26 iyuna aid şəkillər və 26 iyun təbrik mesajlarını bir yerə topladıq.
Cənab zabitlər, gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar! Sizi 26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Havada, suda, quruda Vətənin keşiyinde duran Silahlı Qüvvələrimizi təbrik edirəm!
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu vardır! (İlham Əliyev)
Azərbaycan ordusuna eşq olsun! Yaşasın Azərbaycan!
Bütün hərbi qulluqçuları, veteranları təbrik edirəm! Vətənimizə sülh və əmin-amanlıq arzulayıram!
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Günüdür. Bayramınız mübarək, Azərbaycan əsgəri!
Hər zaman inkişaf edən ordumuzun bugünkü gücünə güvənimiz sonsuzdur!
26 iyun - Silahlı Qüvvələr günü münasibəti ilə sizi təbrik edirəm. Ölkəmizin şanlı ordusunun hər bir əsgərinə can saqlıqı arzulayıram!
Güclü, sarsılmaz və əzmkar ordumuzu təbrik edirəm!
Silahlı Qüvvələr Gününüz mübarək Azərbaycan!
Milli Ordu gününə aid təbrik mesajları
Hər bir AZƏRBAYCAN ƏSGƏRİ xalqımızın qürur mənbəyidir!!! 26 iyun - Silahlı qüvvələr günümüz mübarək!
Vətənin keşiyində duran bütün hərbçilərimizi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm!
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərimizi təbrik edir, ordumuza şanlı zəfərlər arzulayırıq!
Onlar bizim təhlükəsiz yaşamağımızın təminatçısı, vətənin keşiyində şərəflə dayananlardır. Hər biri ilə fəxr edirəm!
Vətən sevgisi pak, vətənpərvərlik isə uca mənəvi rütbədir.
Azərbaycan bütün xalqımızın evi, əsgərlərimiz isə bu evin qəhrəman keşikçiləridir.
Dostlarınla paylaş:
11574 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (2)
Çox gözəl şəkillərir bayıldım
Heç bir şəkili götürmək olmur