30 ildən sonra nəşi tapılan şəhid Mehdiqulu Quliyev Beyləqanda torpağa tapşırılıb

30 ildən sonra nəşi tapılan şəhid Mehdiqulu Quliyev Beyləqanda torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Quliyev Mehdiqulu Mədət oğlunun meyiti Beyləqan rayonunda dəfn edilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, şəhid Mehdiqulu Quliyevlə keçirilən vida mərasimində rayon sakinləri, şəhidin ailə üzvləri, Cəbrayıl və Beyləqan rayon icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra şəhid Milabad qəsəbə məzarlığında dəfn olunub.

Qeyd edək ki, Quliyev Mehdiqulu Mədət oğlu naməlum şəhid kimi Füzulinin Balabəhmənli kənd qəbiristanlığında torpağa tapşırılmışdı.

Onun ailəsi - həyat yoldaşı və üç azyaşlı övladı da 1993-cü ildə itkin düşüb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
504 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 34 dəq. əvvəl
  • 8
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 50 dəq. əvvəl
  • 11
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 2 saat əvvəl
  • 15
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 26
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 29
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 5 saat əvvəl
  • 40