5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür!

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür!

Müəllim – bu sözdən müqəddəs nə ola bilər?! Çoxlarımız fikirləşib deyərik ki,yalnız “Ana” və "Vətən" kəlmələri!


Amma, daha dərindən fikirləşsəniz anamız bizi dünyaya gətirib ilk addım atmağı,ilk sözləri deməyi öyrədibsə,müəllimlərimiz də ağ vərəqlər üzərində ilk dəfə “Ana,Ata, Vətən,” kəlmələrini yazmağı öyrətmiş,onların mənasını açıqlamış,bizə uzaq ulduzların sirrini açmış,tariximiz və keçmişimizlə tanış etmişdir. Onlara da Anamıza olan eyni ehtiram və sevgi ilə yanaşmağımız düz olmazdımı?

Onları sıralamamalıyıq,birinci və ikincilərə bölməməliyik.

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür!

Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur. 


Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir.

Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.

Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür!

Şərəfli sənət sahiblərini, bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada layiq olan həyatım boyu borclu olduğum bütün müəllimlərimi və onların şəxsində əsl müəllim adına layiq olan bütün müəllimləri təbrik edirəm!

Bayramınız mübarək!

Məqaləyə emosiya bildir:
4 il əvvəl
9554 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 1 dəq. əvvəl
  • 2
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 1 saat əvvəl
  • 19
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 2 saat əvvəl
  • 24
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 30
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 38
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 5 saat əvvəl
  • 41