74 yaşlı qadın 57 illik həsrətdən sonra əkiz dünyaya gətirdi

74 yaşlı qadın 57 illik həsrətdən sonra əkiz dünyaya gətirdi

Hindistanın Andhra-Pradeş ştatının sakini Erramatti Manqayamma süni mayalanma yolu ilə 74 yaşında ana olub.


Bu barədə "Hindustan Times" qəzeti yazır.

Qadın qeysəriyyə əməliyyatı ilə əkiz qız uşağı dünyaya gətirib.

"Əməliyyat yaxşı keçdi. Ana və körpələr sağlamdır, heç bir patologiya müşahidə olunmur. Lakin son saatlardakı stressin təsirindən çıxması üçün hazırda ana intensiv terapiya şöbəsinə yerləşdirilib", - deyə xəstəxananın direktoru bildirib.

E.Manqayamma uşaqlara süd verə bilmədiyi üçün süd donor bankından götürüləcək.

Direktorun sözlərinə görə, qadının uşaqları bətnində daşıyıb dünyaya gətirə bilməsinə səbəb onun diabet və hipertoniya xəstəsi olmamasıdır.

E.Manqayamma və onun 80 yaşlı əri Raya Rao 22 mart 1962-ci ildə ailə qurublar. Onlar 57 il uşaq həsrəti çəkib, nəhayət, cari ilin yanvar ayında qadın süni mayalanma yolu ilə hamilə qalıb.

Daha öncə 2008-ci ilin yayında əkiz dünyaya gətirən 70 yaşlı hindistanlı Omkari Panvar bu yolla ana olan ən yaşlı qadın hesab olunurdu.

oxu.az

Məqaləyə emosiya bildir:
4 il əvvəl
7013 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 11
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 22
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 24
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 35
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 5 saat əvvəl
  • 40
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 6 saat əvvəl
  • 46