8 ölkənin bilinməyən reallıqları

Müasir dünyada insanlar hər cür məlumatı asanlıqla əldə edirlər. Hər kəs adını belə eşitmədiyi ölkələrdəki hadisələrdən xəbər tuta bilir. Ancaq ölkələrdəki bəzi şeyləri bilmirik. Bu məqaləmizdə bəzi ölkələrdəki məlum olmayan məlumatları bir araya gətirmişik.

Dünyada yüzlərlə ölkə, minlərlə fərqli irq var. Bu ölkələrin ideologiyası insanların həyatına iqtisadi, sosial, mədəni, siyasi təsirlər göstərir. Ona görə də bir çox ölkəylə bağlı insanların bilmədiyi məlumatlar çoxdur. Ölkələrlə bağlı qeyri-adi məlumatları sizə təqdim edirik.

1. ABŞ

Dünyada ən çox məhkumun həbsxana həyatı keçirdiyi ölkə ABŞ-dır. Ölkədə dünya əhalisinin təxminən 5%-i yaşayır. Ümumi məhkumların 25%-i isə ABŞ-da yerləşir.

ABŞ həbsxana

2. Güam

Bir çox insanın adını belə eşitmədiyi Marian adalarından biridir. Burada yollar mərcan liflərindən hazırlanıb. Səbəbi isə ölkədə təbii qumun olmamasıdır.

Güam Marian

3. Kanada

Dünyada ən çox gölün olduğu ölkədir. Hətta dünyadakı göllərin yarısından çoxu burada yerləşir. Ölkədə 3 milyondan çox göl var. Bu göllərin əksəriyyəti buzlarla əhatəlidir. Həmçinin, Kanada dünyada ən çox təhsilli insanın yaşadığı ölkədir.

Kanada göl

4. Əfqanıstan

Xaşxaşın 95%-i Əfqanıstanda bitir.

Əfqanıstan Xaşxaş

5. Rusiya

Rusiya dünyada ən çox meşə ərazisinə malik olan ölkədir. Bu o deməkdir ki, Rusiyada daha çox oksigen istehsal olunur. Dünya meşələrinin təxminən 25%-i Rusiyanın payına düşür. Rusiya 21min tankı ilə də dünyada bu baxımdan liderlik edir.

Rusiya meşə

6. Fransa

Saat qurşaqları ən çox olan ölkədir. Dəniz bölgələri də nəzərə alınmaqla Fransada 12 fərqli saat qurşağı var. Ən böyük ölkə olan Rusiyada isə 9 saat qurşağı mövcuddur.

Fransa Saat qurşaqları

7. Niger

Dünyada gənclərin ən çox olduğu ölkə Nigerdir. Ölkə əhalisinin yarısı yaşı 15-dən az olan uşaqlardır.

Niger uşaqlar

8. Papua və Yeni Qvineya

Ən çox fərqli dilin istifadə olunduğu ölkədir. Hər 50 vətəndaşdan biri ölkənin rəsmi dili olan ingiliscə danışır. Ölkədə 800-dən artIq dildən istifadə olunur. Bu isə dünya dillərinin 10%-i deməkdir.

Məqaləyə emosiya bildir:
emotion
5
emotion
2
emotion
0
emotion
2
emotion
0
emotion
1
emotion
0
Dostlarınla paylaş:
3 il əvvəl
5148 dəfə oxundu
ilk.az-çılar nə deyir?