9 Noyabr Bayraq Günü təbrik mesajları 2020
Azərbaycan bayrağı haqqında söylənmiş sözlər, bayraq haqqında şeirlər, bayraq ilə əlaqəli whatsapp statuslar və daha artığını bayraq gününə özəl hazırladığımız məqalədə tapa biləcəksiniz.
9 noyabr Dövlət Bayrağı günüdür. Dövlət Bayrağı Günü ilə bağlı 2009-cu ilin noyabr ayında Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib.
Bayraq sözləri, Bayraq mesajları, Bayraq günü təbrik mesajları və təbrik yazılı şəkilləri telefonunuza yükləyərək dostlarınızla paylaşa bilərsiniz.
9 Noyabr Bayraq Gününüz mübarək olsun!
Başlar düşmədən yerə Bayraq düşməz, Vətən bölünməz.
Bir Bayrağa sahib olmaq asan deyil. Bayraq, həyat sevincimizin öncülüdür.
Millətlə eyniləşən tək sevgi Bayraq sevgisidir.
Bayraq müstəqilliyin rəmzidir. Dalğalanmazsa, millət müstəqil sayılmaz.
Bu bayraq dalğalandıqca bu ölkə həmişə var olacaqdır.
Bayraq bizi bizimlə birləşdirən əbədi bir sirrdir.
Bayraq günü ən dəyərli günlərdən biridir! Bayrağımızla fəxr edirəm!
Hür dalğalandıqca bayrağım, hür olur vətənim.
Bayraqları bayraq yapan üstündəki qandır!
Bir kərə qalxan bayraq bir daha enməz!
Bayraq, bir bütövlüyü tamamlayan ilahi bir sevginin səmasındakı dalğalanmağıdır.
Bir alov yandırdı, sönməz bir daha. Bu bayraq yüksəkdən enməz bir daha!
Şəhid olsam, bu bayrağı üstümə örtün!
Bayrağımız bizə babalarımızın qanı ilə ərmağan edildi. Lazım olsa bizim də qanımızla övladlarımıza qalacaq.
Evsiz, yuvasız, kəndsiz qala bilərəm... Sevdiklərim gedə bilər. Sevənlərim xəyanət edə bilər. Hər şeysiz qala bilərəm, hər şeysiz ola bilərəm. Ancaq bayraqsız ola bilmərəm!
Daim dalğalansın Azərbaycan bayrağı, var olsun Azərbaycan ordusu!
9 Noyabr Bayraq Günü münasibəti ilə bütün doğmalarımı təbrik edirəm. Daim yüksəklərdə ol, Azərbaycan Bayrağı!
Bu bayraq zəfər görmüş bayraqdır, Sən məğlub etmə Allahım!
Biz qan tökməyi sevən bir millət deyilik, amma mövzu Vətəndirsə, dünyanın şah damarını kəsərik.
Türk bayrağı səmalarda dalğalanan bir sancaq! Və biz Türklər Tanrı qarşısında baş əyərik ancaq!
İgidlər var olduca, Sən də varsan Azərbaycan!
Bayraq haqqında şeirlər
Göylərə yüksəlib üçrəngli bayraq,
Onu ucalardan enməyə qoyma!
Qəlbimin başında qığılcım yanar,
Ey Vətən, sən onu sönməyə qoyma!
Bayraq şeiri
Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası – bayraq.
Zəfərdən doğulmuş, Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başıma tac olan hilal.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.
Müəllif: Bəxtiyar Vahabzadə
Bayraq haqqında aforizmler
Bayraq bir millətin azadlığına işarədir. Düşmənin bayrağı olsa belə, hörmət edilməlidir. (Atatürk)
Bayraq bütövlüyü simvoludur.
Bir kərə yüksələn bayraq bir daha enməz! (Məmmed Əmin Rəsulzadə)
Azan dinməz, bayraq enməz, şəhid ölməz, VƏTƏN bölünməz!
Dostlarınla paylaş:
5883 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (10)
Bayraq sevgidir müsəlmanlıqdır ALLAH hər zama uca etsin Azərbaycan bayrağını
men dedim sehid olmasin
9 noyabr haqqında məlumat
Men yeniyem her kese salam
Baytaminiz mubarek olsun.QARABAG AZƏRBAYCANINDI
Bayraminiz mübarək Yasasin Azerbaycan Allah ordumuzu Əsgərlərimizi qorusun #Karabagazerbayjan
Bayraminiz Mubarak olsun!
9 noyabır esl qelebe gunudur Yasasın İlham Eliyev Qarabağ Azerbaycandı
Qarabağ Azerbaycandı eşq olsun Azerbaycan rdusuna
esgerlerden video paylasardiniz zehmet deyilse