ABŞ-da təbii fəlakətlərdən sağ çıxanlar iqlim cinayətlərinin araşdırılmasını tələb edirlər

ABŞ-da təbii fəlakətlərdən sağ çıxanlar iqlim cinayətlərinin araşdırılmasını tələb edirlər

On mindən çox insan ABŞ Ədliyyə Nazirliyinə məktub göndərərək qazıntı yanacağı sənayesində iqlim cinayətləri ilə bağlı federal araşdırma aparılmasını tələb edib.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, məktubun təşəbbüskarı “Chesapeake Climate Action Network” ətraf mühit qrupu və “Public Citizen” istehlakçıların müdafiəsi qrupu olub.

“Biz qasırğalar, daşqınlar, ekstremal istilər, yanğınlar və iqlim dəyişmələri səbəbindən həyatımıza daha tez-tez və daha güclü təsir edən digər təhlükələri yaşadıq. Onlar alimlərin xəbərdarlıqlarına uyğun olaraq məsuliyyətlə hərəkət etmək əvəzinə, onilliklər boyu elmi çaşdırmaq və ictimaiyyəti azdırmaq üçün dezinformasiya kampaniyası aparıblar”, – deyə məktubda bildirilir.

Müraciət, həmçinin yaxınları iqlim fəlakətləri yaşayan amerikalılar tərəfindən imzalanıb və sənəddə böyük neft şirkətlərinin onilliklər ərzində məhsullarının təhlükəli olduğunu bildiyi və sübutları gizlətməyə çalışdığı isbat edilir.

Məktub iqlim məsuliyyəti naminə artan hərəkatın bir hissəsidir. Onlarla bələdiyyə neft və qaz sənayesinə qarşı iqlimlə bağlı dezinformasiya yayılması iddiası ilə mülki iddialar qaldırıb və ABŞ-ın bəzi ştatları iri neft şirkətlərindən iqlimə dəyən zərərin ödənilməsinə yönəlmiş qanun işləyib hazırlayır.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
375 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Berlində əyləncə gəmisində baş verən insident nəticəsində 30 nəfər yaralanıb
Berlində Şpre çayında əyləncə gəmisinin üst göyərtəsinin bir hissəsinin çökməsi...
  • 9 dəq. əvvəl
  • 2
Harris ikinci sui-qəsd cəhdindən sonra Trampa zəng edib
ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris ikinci sui-qəsd...
  • 1 saat əvvəl
  • 18
Sorğu: Makron fransız siyasətçilərinin populyarlıq reytinqində 50 nəfər arasında 44-cü yerdədir
Fransa Prezidenti Emmanuel Makron “Paris Match” jurnalının və “Sud Radio”nun sifarişi...
  • 2 saat əvvəl
  • 25
Səfir Lətif Qəndilov: Dünya ümidlərini COP29-un Bakıda keçiriləcək qərarlarına bağlayır
Bu günlərdə Bişkekdə Mərkəzi Asiya və Əfqanıstanda iqlim dəyişmələri məsələləri...
  • 3 saat əvvəl
  • 37
Belarusdakı diaspor üzvləri təltif ediliblər
Sentyabrın 17-də Belarusun paytaxtı Minskdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi...
  • 4 saat əvvəl
  • 39
Dünyaşöhrətli səyyah: Bəxtimiz gətirdi ki, hava möhtəşəm idi
“Özümü çox yaxşı hiss edirəm”.ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu...
  • 5 saat əvvəl
  • 44