ABŞ-ın lüks sinfinə aid səyahət agentləri Paris Olimpiadasına tələbatın zəif olduğunu qeyd edirlər

ABŞ-ın lüks sinfinə aid səyahət agentləri Paris Olimpiadasına tələbatın zəif olduğunu qeyd edirlər

ABŞ-ın lüks sinfinə aid turizm agentlikləri Paris Olimpiadasına tələbatın hələ ki, zəif olduğunu qeyd edirlər, çünki daha imkanlı səyahətçilər bunun əvəzində Avropada yaxın istiqamətləri seçirlər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Olimpiya Oyunlarının sahibləri adətən ziyarətçilərin artmasını müşahidə edirlər, lakin turagentlər deyirlər ki, Parisdə iyulun 26-dan avqustun 11-nə qədər keçiriləcək Olimpiya Oyunlarına bronlama ilə bağlı ərizələr varlı səyahətçilərdən daha az daxil olur.

Avropada qiymətli əşyaların pərakəndə satıcıları artıq bildiriblər ki, Oyunlar zamanı Parisdən kənarda qalmaq istəyən imkanlı turistlərin hesabına Fransanın hüdudları xaricində biznesin artmasına ümid edirlər.

“Virtuoso” şirkəti tərəfindən Parisə yay turlarının bronlanması ötən illə müqayisədə 172 faiz artıb, lakin ümumilikdə Fransada bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz azalıb. Bunun əvəzinə lüks sinifli turizm şirkətlərinin müştəriləri qonşu İspaniya və Böyük Britaniyaya üz tuturlar.

“Accor” aparıcı dünya mehmanxana qrupunun baş direktoru Sebastyan Bazen iyunun əvvəlində Nyu-Yorkda keçirilən sahə konfransında bildirib ki, Olimpiya Oyunları üçün otellərin bronlanması “qeyri-adi” hal deyil.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
398 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Livanın cənubunda silsilə partlayışlar baş verib
İsrailin Livanın Adlyun kəndində və qonşu ərazilərdəki sursat anbarına endirdiyi...
  • 4 saat əvvəl
  • 31
Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul...
  • 5 saat əvvəl
  • 40
Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə...
  • 6 saat əvvəl
  • 49
Göbələk depressiyadan qurtulmağa kömək edir
Alimlər göbələyin tərkibindəki “psilosibin” adlı maddənin depressiyanın...
  • 7 saat əvvəl
  • 55
Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb
Boliviya - Çili sərhədi yaxınlığında avtobus və yük maşınının iştirakı ilə...
  • 9 saat əvvəl
  • 66
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib.AZƏRTAC xəər verir ki, bu barədə...
  • 9 saat əvvəl
  • 59