ABŞ və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub
Pentaqon rəhbəri Lloyd Ostin ukraynalı həmkarı Rustem Umerov ilə telefon danışığı aparıb və onunla 125 milyon dollarlıq yeni silah paketini müzakirə edib.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
“Ostin həmçinin ABŞ-ın təhlükəsizlik yardımı, o cümlədən Prezident Baydenin elan etdiyi 125 milyon dollarlıq paketi də təqdim edib”, - deyə bildirib.
Bundan əlavə, tərəflər Kiyevin hazırkı hərbi əməliyyatlarını və döyüş meydanındakı ehtiyaclarını müzakirə ediblər.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
24 gün əvvəl
384 dəfə oxundu
384 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)